Bakı/15.05.18/Turan: Xəbər verildiyi kimi, Turan agentliyinin direktoru Mehman Əliyevin uzun şikayətlərindən sonra mayın 14-də Buzovna qəsəbəsində Bağlar küçəsində qazın təzyiqi bərpa edilib.
http://www.turan.az/ext/news/2018/5/free/Social/az/72064.htm
Çərşənbə axşamı saat 16:00-da qazın təzyiqi bərpa edilib. Bir saat yarımdan sonra SOCAR nümayəndələri qəsəbəyə gəliblər.
M.Əliyev telefon söhbətində onlardan xahiş edib ki, ya axşam saat 21:00-da, ya da səhər onun evdə olduğu vaxt gəlsinlər. Ancaq buna baxmayaraq, onlar gəliblər və sonradan bunu rəhbərliyin qarşısında hesabat verməli olduqları ilə izah ediblər.
M.Əliyevin xanımı Dövlət Neft Şirkətinin əməkdaşının təqdim etdiyi hansısa sənədi imzalayıb. Sənəddə guya şəbəkədə qazın təzyiqinin yaxşı olduğu bildirilir.
M.Əliyev saat 21:00-da evə qayıdarkən yenə də qazın təzyiqinin az olduğunu görüb. Buna görə də Imerqaz suqızdırıcısı işə düşməyib.
M.Əliyev 185 saylı xidmətə telefon edərək problemlə bağlı məlumat verib. SOCAR-ın nümayəndəsi səhər telefon edərək bildirib ki, M.Əliyevin xanımı qazın təzyiqinin qənaətbəxş olduğunu təsdiqləyib. M.Əliyev onların saxtakarlıq etdiyini və vəzifə səlahiyyətlərini kobud şəkildə pozduqlarını bildirib. O, diqqəti ona yönəldib ki, SOCAR əməkdaşları şikayətçinin iştirakı ilə qazın təzyiqini yoxlamayıblar, təzyiq ölçən cihazdan istifadə olunmayıb, suqızdırıcısı sınaqdan keçirilməyib, iki nüsxədə akt tərtib edilməyib və şikayətçiyə təqdim olunmayıb. Bütün bunlar SOCAR sistemində nizam-intizamın olmamasından, bəzi əməkdaşların səriştəsizliyindən xəbər verir.
Mayın 15-də M.Əliyev yenidən 185 xidmətinə telefon edərək bu barədə operatora məlumat verib. O xatırladıb ki, qazın təzyiqinin aşağı olması həm Buzovna qəsəbəsi, həm də digər yaşayış məntəqələrində aktual olaraq qalır.
Bundan öncə mayın 11-də M.Əliyev "İnformasiya azadlığı haqqında" qanuna uyğun olaraq əhalinin qazla təchizatı sahəsində vəziyyətlə bağlı SOCAR prezidenti Rövnəq Abdullayevin adına informasya sorğusu göndərib.
http://www.turan.az/ext/news/2018/5/free/Want%20to%20Say/az/72001.htm
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz