![Fransua Makron İlham Əliyevdən infeksion xəstəliklərə qarşı mübarizədə səyləri dəstəkləməyi xahiş edib](https://turan.az/resized/media/2019/main/101100022250-750-500-resize.webp)
Fransua Makron İlham Əliyevdən infeksion xəstəliklərə qarşı mübarizədə səyləri dəstəkləməyi xahiş edib
Bakı/11.10.19/Turan: Fransa prezidenti Fransua Makron Azərbaycan prezidenti İlham Əliyevə telefon edərək QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondu dəstəkləməyi xahiş edib.
Rəsmi məlumatda deyilir ki, İ.Əliyev Fransa prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
F.Makron İ.Əliyevə təşəkkürünü bildirib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkə prezidentləri arasında gələcək əlaqələrlə bağlı məsələləri müzakirə ediblər.
Lion konfransının iştirakçıları yaxın üç ildə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonduna 14 mlrd. dollardan çox vəsaitin cəlb edilməsi barədə razılığa gəliblər.
Bəzi ölkələr, şirkətlər və özəl xeyriyyə təşkilatları öz üzvlük haqlarını xeyli artırmaq barədə razılaşıblar.06D--
-
- Cəmiyyət
- 11 Oktyabr 2019 11:22
-
- İqtisadiyyat
- 11 Oktyabr 2019 12:41
Siyasət
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
-
Bakıdakı "Rus Evi" ətrafında vəziyyət Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında müzakirə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
-
Fevralın 6-da hakim Faiq Qəniyevin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edən Nəsimi Rayon Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
Rəy yaz