![MDB sammitində İlham Əliyevlə Niko Paşinyan arasında polemika yaranıb](https://turan.az/resized/media/2019/main/101100022252-750-500-resize.webp)
MDB sammitində İlham Əliyevlə Niko Paşinyan arasında polemika yaranıb
Bakı/11.10.19/Turan: Oktyabrın 11-də Aşqabadda MDB sammitində Azərbaycan və Ermənistan liderləri arasında növbəti polemika yaranıb.
Öncə Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək Ermənistanın yeni hakimiyyətini "Nasistlərin davamçısı Qaregin Njde"nin qəhrəmanlaşdırılmasını pisləyib.
"Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və xəyanətkar Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur" , - İ.Əliyev vurğulayıb.
İ.Əliyev sammitdə müzakirə olunan sənədlə - faşizmin darmadağın edilməsində SSRİ-nin həlledici rolunun tanınması, nasizmin tarixi və qəhrəmanlaşdırılmasının yenidən nəzərdən keçirilməsinin yolverilməzliyi çağırışı ilə MDB ölkələri xalqlarına və dünya birliyinə müraciətlə əlaqədar faşizm mövzusuna toxunub.
Ermənistanın baş naziri Nikol Paşinyan İ.Əliyevin çıxışına reaksiya verərək Azərbaycanı "faktları təhrif etmək cəhdində" ittiham edib.
"İlham Heydəroviçin çıxışından belə təəssürat yaranır ki, Hitler bu müharibədə ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Reallıq budur ki, Qaregin Njde Ermənistanın Türkiyə tərəfindən işğalına qarşı vuruşub, erməni soyqırımına qarşı mübarizə aparıb. Bir daha vurğulamaq istərdim ki, biz tarixin obyektiv qiymətləndirilməsini bilməliyik. Deyirlər ki, Qaregin Njde Vladimir həbsxanasında öldü. Bir çox sovet xadimləri həmin həbsxanada öldülər, Soljenitsın QULAQDA olub. Həqiqətənmi biz düşünürük ki, 37-50-ci illərdə mühakimə olunanların hamısı millət düşmənləridir?", - o deyib.
Sonra Paşinyan deyib ki, Azərbaycan prezidentinin sözləri erməni xalqına, eləcə də bu sammitdə öz ölkələrini və xalqlarını təmsil edən liderlərə hörmətsizlikdir.02D-
-
- Cəmiyyət
- 11 Oktyabr 2019 14:41
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz