Meriya Müsavat Partiyasının qurultay məsələsini həll edir, şadlıq sarayı isə imtina edir
Bakı/07.10.19/Turan: Müsavat Partiyasının oktyabrın 12-nə təyin etdiyi qurultayın keçirilməsinə yer ayrılması məsələsi açıq qalır. Bakı Şəhər İcra Hakimiyyəti partiyanın təklif etdiyi yerə etiraz etməsə də, yerin sahibi əvvəlcə razı olub, sonra fikrini dəyişib.
Müsavat Partiyasının rəhbəri Arif Hacılı Turan-a bildirib ki, partiya rəhbərliyi qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə yer təklif edib. Həmin yerlərin rəhbərləri öncədən razılıq veriblər.
Şəhər administrasiyası bildirib ki, qurultayın 7-ci mikrorayonda "Büllur" şadlıq sarayında keçirilməsinə etiraz etmir. "İndi isə "Büllur" sarayının rəhbərliyi bildirir ki, zal ayıra bilməz, çünki həmin gün başqa tədbir nəzərdə tutulub. Odur ki, yer məsələsi açıq qalır", - A.Hacılı deyib.
Onun sözlərinə görə, partiya rəhbərliyi qurultayın keçirilməsi üçün yeni yer axtarışı ilə məşğuldur. Qurultaya hazırlıq davam edir və artıq 60 rayonda konfrans keçirilib.
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi fəal işləyir, sədr postuna namizədlər təbliğat aparırlar.
A.Hacılı ilə yanaşı partiya sədri postuna namizədlər arasında İdarə Heyətinin üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu da var.-03B06-
-
- Maliyyə
- 7 Oktyabr 2019 15:43
-
- İqtisadiyyat
- 7 Oktyabr 2019 15:57
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi jurnalist Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçib.
-
2025-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü tamam olur. Bununla əlaqədar Ukraynanın Bakıdakı səfiri Pavel Qusev facebook səhifəsində məqalə dərc edib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 188
Rəy yaz