Theinteractive meeting on the topic
Elə həm in gün, "Strateji baxış: Avrasiya" (Strategic Outlook: Eurasia) mövzusunda interaktiv iclasda Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyətə dörd mesaj göndərib.
Birinci mesaj iqtisadiyyatın şaxələndirilməsinə, yəni iqtisadi islahatlara toxunub. Əliyev, son illərin Davos sessiyalarında olduğu kimi, iddia edib ki, neft qitmətlərinin düşməsindən sonra götürülmüş qeyri-neft iqtisadiyyatının inkişafı kursu əsas vəzifə olaraq qalır.
İkinci mesaj Azərbaycanın regional siyasəti mövsusu ilə bağlı olub, bu mesajdan belə çıxıb ki, qonşularla qarşılıqlı milli maraqlardan irəli gələrək, praqmatik və səmimi münasibətlərin qurulması (Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan istisna olmaqla) sərhədlərin təhlükəsizliyinə ən yaxşı zəmanətdir.
Üçüncü mesaj demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı olub. Prezident bu məsələnin təfsiri ilə bağlı çoxillik mövqeyini dəyişdirməyib, fundamental hüquq və azadlıqların tam şəkildə təmin edildiyini bildirib, bununla bağlı çoxsaylı tənqidi Qərbin müxtəlif dairələrinin hiyləsi adlandırıb.
Dördüncü mesaj daxili vəziyyətin və siyasətin qiymətləndirilməsindən ibarət olub. Əliyev bildirib ki, ölkənin daxili riskləri və təhlükələri yoxdur və Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət yürüdən dövlətdir.
Prezidentin dörd mesajına yekun vursaq, belə bir nəticəyə gəlmək olar ki, 2018-ci ildə Əliyev öz siyasətində əsas diqqəti qeyri-neft iqtisadiyyatının inkişafı məsələsində cəmiyyət və beynəlxalq ictimaiyyətlə dialoqa yönəldəcək. Bu, əsasən 2017-ci ildə start verilmiş idarəetmə sisteminin yenidən qurulmasından ibarət olacaq. O, həmçinin gələcəkdə hüquq və azadlıqların məhdudlaşdırılması tendensiyası ilə daxili sabitliyin və təhlükəsizliyin təmin edilməsi alətlərini artıracaq. "Müəyyən Qərb dairələrinin" Azərbaycanda demokratiya tranzaksiyası cəhdləri regional təhlükəsizliyin və milli maraqların nəzərə alınması zərurəti ilə əsaslandırılaraq, zərərsizləşdiriləcək.
Əslində onun buna nail olacağını gözləmək olar, belə ki, iqtisadi, institusional islahatlar və Qərb üçün əhəmiyyət daşıyan beynəlxalq regional layihələr prioritet olaraq qalır. Təsadüfi deyil ki, yanvarın 10-da hökumətin iclasında Əliyev artıq 2017-2018-ci illər Qlobal Rəqabətədavamlılıq İndeksinin (The Global Competitiveness İndex) Ümumdünya İqtisadi Forumu versiyasına (World Economic Forum) istinad edib, bu indeksdə Azərbaycan reytinqdə iki pillə yüksələrək, 35-ci yeri tutub. Və bu arqumentdən uğurlu siyasətin etirafı kimi KİV-də tirajlanıb.
Əslində İndeks milli rəqabətədavamlılığı ölkənin və onun institutlarının iqtisadi inkişafın sabit sürətini təmin etmək qabiliyyəti kimi müəyyən edir. Yaxın gələcəkdə bu sürət sabit ola bilər, həmçinin iqtisadi inkişaf yolunda maneələrin aradan qaldırılmasının və rəqabətədavamlılığın bələdçisidr.
Qlobal indeks 113 dəyişəndən tərtib olunub, onlar müxtəlif iqtisadi inkişaf səviyyəsində olan dünya ölkələrinin rəqabətədavamlılığını ətraflı şəkildə səciyyələndirir. Bütün dəyişənlər milli rəqabətədavamlılığı müəyyən edən 12 yoxlama göstəricisində birləşdirilib:
Azərbaycan üzrə onlar belədir:
№ | Göstəricilər | Ballar |
1. | İnstitutların keyfiyyəti | 33 |
2. | İnfrastruktur | 51 |
3. | Makroiqtisadi sabitlik | 65 |
4. | Sağlamlıq və ibtidai təhsil | 74 |
5. | Ali təhsil və peşə hazırlığı | 68 |
6. | Əmtəə və xidmət bazarının səmərəliliyi | 31 |
7. | Əmək bazarının səmərəliliyi | 17 |
8. | Maliyyə bazarının inkişaf səviyyəsi | 79 |
9. | Texnoloji inkişaf səviyyəsi | 56 |
10. | Daxili bazarın ölçüsü | 63 |
11. | Şirkətlərin rəqabətədavamlılığı | 40 |
12. | İnnovasiya potensialı | 33 |
Hesabatda əsas problem kimi maliyyə əldə edilməsi, xarici valyutanın tənzimlənməsi, vergi nizamlanması, inflyasiya, yüksək dövlət bürokratiyası, kadrların təhsil səviyyəsinin kifayət qədər yüksək olmaması, korrupsiya, yüksək vergi tarifləri, pis əmək etikası, yüksək körpə ölümləri, gözlənilən ömür uzunluğu, keyfiyyətsiz orta təhsil, ibtidai təhsilin aşağı əhatə səviyyəsi, yerli rəqabətin aşağı intensivliyi, yüksək ticarət tarifləri, zəif bank sistemi, zəif hüquqi haqlar, internetin aşağı sürəti və s. göstərilir.
Prinsipcə qeyd edilən nöqsanlar mövcuddur. Bunu nüfuzlu beynəlxalq institutların reytinqləri göstərir.
Sosial İnkişaf
İndeks | İllər | Yer |
insan inkişafı | 2016 | 78 |
Ömrün uzunluğu | 2016 | 112 |
Sosial proqres | 2017 | 76 |
Çiçəklənmə | 2017 | 106 |
Xoşbəxtlik | 2017 | 85 |
Təhsil | 2017 | 64 |
Milli təhsil xərcləri | 2014 | 120 |
Milli səhiyyə xərcləri | 2013 | 120 |
Ekoloji səmərəlilik | 2016 | 31 |
Gender bərabərliyi | 2014 | 62 |
Xeyriyyəçilik | 2017 | 126 |
KOF qloballaşma | 2017 | 90 |
Şəhərləşmə | 2015 | 131 |
Siyasi inkişaf
İndeks | İllər | Yer |
Dövlət idarəetməsinin keyfiyyəti reytinqi | 1996 - 2013 | 100 baldan 11 - 39 100 |
Demokratiyalar | 2016 | 148 |
dövlətin zəifliyi | 2017 | 81 |
Qlobal sülhsevərlik | 2017 | 132 |
Qanunun aliliyi | 2016 | - |
Terrorizm | 2017 | 95 |
Mətbuat azadlığı | 2017 | 189 |
Siyasi azadlıqlar və vətəndaş azadlıqları | 2017 | 188 |
Korrupsiyanın dərk edilməsi | 2016 | 123 |
İqtisadi inkişaf
İndeks | İllər | Yer |
ÜDM ölçüsünə görə | 2017 | 82 |
Adambaşına düşən ÜMM | 2017 | 123 |
Iqtisadi azadlıqlar | 2016 | 91 |
Biznesin idarə edilməsi | 2017 | 65 |
Mülkiyyət hüquqlarının pozulması | 2011 | 100 |
Beynəlxalq ticarətə cəlb olunma | 2014 | 77 |
Birbaşa xarici investisiyaların cəlb edilməsi | 2014 | 57 |
Elektrik enerjisi istehlakı | 2013 | 77 |
ərzaq təhlükəsizliyi | 2016 | 58 |
Elmi-texniki inkişaf
İndeks | İllər | Yer |
İnnovasiyalar | 2017 | 82 |
Patent fəallığı | 2012 | 76 |
Elmi-araşdırma fəallığı | 2014 | 80 |
Araşdırma xərcləri | 2012 | 66 |
İnformasiya-kommunikasiya inkişafı
İndeks | İllər | Yer |
Informasiya-kommunikasiya texnologiyalarının inkişafı | 2017 | 65 |
Şəbəkə hazırlığı | 2015 | 57 |
Internetin inkişafı | 2014 | 79 |
e-hökumətin inkişafı | 2014 | 68 |
Araşdırmaların nəticələri göstərir ki, Qlobal Rəqabətədavamlılıq İndeksində əks olunmuş ölkənin imkanları, resursları və hökumətin bəyan edilmiş niyyətləri istisna olmaqla, müxtəlif sahələrdə real vəziyyət heç də yaxşı deyil və təxirəsalınmaz islahatlar tələb edir.
Həmçinin nəzərə almaq lazımdır ki, iqtisadi islahatlar insan hüquqlarının, şəxsi mülkiyyətin, söz azadlığının və qanunun aliliyinin yüksək səviyyətə müdafiəsini ehtiva edən siyasi islahatlardan ayrı ölkəni reytinqlərdə ön mövqelərə çıxara bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir. Azadlıq və Gəlirlər üzrə adambaşına düşən ÜDM göstəriciləri üzrə reytinqlərin müqayisəli təhlili bunun parlaq nümunəsidir. Azərbaycan azadlıqların səviyyəsinə görə 188-ci, adambaşına düşən ÜDM-ə görə 123-cü yeri tutur (4760 dollar). Əlcəzair müvafiq olaraq 151 və 128-ci (4270 dollar), Danimarka müvafiq olaraq 11-ci və 13-cü (56 700 dollar), İsveç müvafiq olaraq 3-cü və 16-cı (54 630 dollar) yeri tutur. Bu mənfi və müsbət dinamikalar siyahısını davam etdirmək olardı. Həmçinin, nəzərə almaq lazımdır ki, Azərbaycan və Əlcəzair enerji resursları olan, Skandinaviya ölkələri isə resursları olmayan ölkələrə aiddir. Resursları nəzərə almadan, mənzərə daha çox kədərli olardı. Əslində bu təcrübəni Azərbaycan nümayış edib. Ölkə öncə Azadliq reytinqlərində geriyə yuvarlanıb, daha sonra isə əhalinin Gəlirləri sahəsində. Bu isə təkcə neftin qiymətinin enməsinin yox, həm də hüquq və azadlıq dəyərlərinin devalvasiyası nəticəsində baş verib.
Rəy yaz