Азиз Оруджев
Milli Platforma jurnalistin əfv olunması xahişi ilə prezidentə müraciət edib
Bakı/16.02.18/Turan: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması prezident İlham Əliyevə və Əfv komissiyasına müraciət edərək "Kanal 13" İnternet televizyasının icraçı direktoru Əziz Orucovun növbəti əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilməsi barədə müraciət edib. Bu barədə Milli Platformanın məlumatında deyilir.
Əziz Orucov 2017-c il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası verib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalistə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzv təşkilatı olan Qafqaz Media Tədqiqatları Mərkəzinin İdarə Heyətinin üzvü Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.
"Əziz Orucov barədə çıxarılmış bu hökm Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ilə bəyan etdiyi yeni hüquq islahatları siyasəti ilə uzlaşmır", - Milli Platforma belə hesab edir.
Müraciətdə vurğulanır ki, Qafqaz Media Tədqiqatları Mərkəzi İdarə Heyətinin üzvü Əziz Orucovun barəsində başladılmış cinayət işi və çıxarılmış ittihamedici məhkəmə hökmü Şərq Tərəfdaşlığı Proqramında iştirak edən vətəndaş cəmiyyəti təşkilatları və onların nümayəndələrinin azad fəaliyyəti üçün əlverişsiz mühit yaratmaqla bərabər, Azərbaycan və Avropa İttifaqı arasında mövcud münasibətlərin ruhuna da kölgə salır.-03--
-
- İqtisadiyyat
- 16 Fevral 2018 15:13
-
- Cəmiyyət
- 16 Fevral 2018 16:05
Cəmiyyət
-
“Müdafiəçi” Hüquq Mərkəzi Azərbaycanın quru sərhədlərinin açılması tələbi ilə ictimai kampaniyaya başlayır. Belə ki, Nazirlər Kabinetinin quru sərhədlərinin qapalı saxlanılması ilə bağlı qərarından Azərbaycan Konstitusiya Məhkəməsinə kütləvi şəkildə fərdi şikayətlərin verilməsi təklif edilir.
-
Prezident İlham Əliyev dekabrın 29-da ondan dörd gün əvvəl Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Televiziyasına (AZ TV) müsahibə verdi. Prezident dedi ki, Azərbaycan tərəfi öz tələblərini açıq şəkildə Rusiya tərəfinə bildirib: "Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir?
-
Azər Qasımlı 20 gündür İstintaq Təcridxanasında saxlanılır, lakin onunla heç bir istintaq hərəkəti aparılmayıb. Heç kim onunla görüşməyib. Yalnız saxlanıldığı ilk gün Yasamal Rayon Polis İdarəsində və məhkəmə günü Azər Qasımlı ilə ittihamçı arasında üzləşmə keçirilib. İttihamçı başına papaq geyinərək gözlərini gizlədib və Azərdən üz döndərib, - deyə Turan-a Azərin həyat yoldaşı Samirə Qasımlı bildirib.
-
Dekabrın 29-da hava yağışlı olacaq, lakin bayram günlərində (31 dekabr-3 yanvar) Bakıda hava mülayim olacaq.
Rəy yaz