ATƏT üçün pis əyani nümunə

Beynəlxalq KİVazadlığı-2019 indeksinə əsasən (2019 World Press Freedom Index), Gürcüstan reytinqdə mövqeyini 1 bal yaxşılaşdıraraq, 60-cı yeri tutub. Ermənistan 2018-ci il inqilabından sonra vəziyyəti xeyli yaxşılaşdırıb və 19 ballıq sıçrayış edərək, reytinqdə 61-ci yerə düşüb. Azərbaycan əks istiqamətdə hərəkəti davam etdirərək, dörd pillə yüksəlib və 180 ölkə arasında 166-cı yeri tutub.

Əlbəttə, bu beynəlxalq etiraf konfransın gedişatına təsir etməyə bilməzdi. Konfransda jurnalistlərin təhlükəsizliyi, iqtisadi cəhətdən özünü təminetmə gücü və informasiya əldə etmə imkanı, təbii ki, Cənubi Qafqaz ölkələrinin hökumətlərinin söz və ifadə azadlığı sahəsindəki siyasətləri ilə formalaşdırdıqları nisbətdə məruzə və müzakirələrin predmeti olub.

Azərbaycanın ATƏT-in Qafqaz məkanında söz azadlığı sahəsində ən uğursuz ölkə kimi ənənəvi nümunəsi bu konfransda da iştirakçılar üçün əyani nümunə olaraq qalıb və Azərbaycanın Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif sahələrdə kifayət qədər kəskin rəqabət apardığı Ermənistanda baş verən media prosesləri fonunda xoşagəlməz görünüb.

Bəlkə də, bu, həqiqətən də belədir, Azərbaycan ÜDM-ə, əhalinin adambaşına gəlirinə, dövlət büdcəsinin, o cümlədən hərbi büdcənin həcminə görə Ermənistandan irəlidədir, amma KİV azadlığı sahəsində gerilik çok kəskin və iqtisadiyyatın səviyyəsinə, resurs və imkanlara qeyri-adekvatdır.

Konfransın gedişatı və Azərbaycanın rəsmi nümayəndələrinin mövqeyi göstərib ki, Bakı hələ də ölkənin nüfuzunun həddindən artıq düşməsinə, kütləvi informasiya vasitələrinin azadlığını itirməsi nəticəsində hakimiyyət və cəmiyyət arasında əlaqənin itirilməsinə gətirib çıxaran köhnəlmiş informasiya siyasətinin əsiridir. Rəsmi reklam bazarının 7,5 mln. manata qədər daralması və çap mediasının nüfuzunun itməsi ilə əlaqədar dövlət tərəfindən onların maliyyələşdirilməsinin azalması Azərbaycanda ənənəvi KİV-lərin oxucu və tamaşaçı auditoriyasının xeyli azalmasının dəlilidir.

Azərbaycanda auditoriyanın kütləvi şəkildə sosial şəbəkələrə üz tutması qarşısıalınmaz xarakter alıb. Bu proses oxucu və tamaşaçı auditoriyasının mühüm meydanı olan azad KİV-lərin kütləvi məhvi yolu ilə süni olaraq törədilib. Azərbaycan bu yanlış siyasəti sayəsində auditoriyanın pis-yaxşı normalar çərçivəsində fəaliyyət göstərən ənənəvi KİV-lərin təsir dairəsindən sosial xaotik informasiya məkanına keçməsi sürətinə görə önə keçib.

Tbilisi konfransında, başda bu mövzu üzrə məsul şəxs Arlem Dezir olmaqla, ATƏT-də söz azadlığının qorunub saxlanılmasına görə məsul şəxslər ciddi şəkildə saxta xəbərlərin artan təhlükəsindən bəhs ediblər. Demokratiya ölkələrində plüralizm və dözümlülük mədəniyyəti olduğuna görə çağırış və təşəbbüslər eyni dərəcədə iş görmək iqtidarında olduğu halda, Azərbaycanda söz azadlığının əleyhdarları və müdafiəçiləri arasındakı münasibətlərdə mövcud olan aqressiya ilə əlaqədar olaraq ATƏT-in tövsiyələri çətin yerinə yetirilir.

Tbilisidən Azərbaycanın şərti informasiya məkanında vəziyyət təkcə qonşuları ilə müqayisədə deyil, hökumətin rəsmi kursuna radikal ıçtimayı informasiya müqavimətinin artması səbəbindən də çox acınacaqlı görünür. ATƏT konfransları arasında cəmi bir illik zaman kəsiyi antihökumət xarakterli informasiya təşəbbüsləri axınının xeyli artdığını üzə çıxarıb. Söz azadlığı sahəsində hazırki dövlət siyasəti davam etdirilərsə, növbəti konfransa qədər onların üstünlük təşkil edəcəyi şübhə doğurmur.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti