Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Volodimir Zelenskinin Ankaraya dəvət edilərək geniş əhatəli saziş imzalanması Moskvanı çox narahat etdi və sanki 24 avqust 2016-cı ildən bəri Türkiyə ilə Rusiya arasında heç bir əməkdaşlıq olmayıbmış kimi yenidən iqtisadi sanksiyalar tədavülə daxil edildi: ilk sahənin turizm olması əsla təəccüblü deyil. Çünki 24 noyabr 2015-ci ildə təyyarənin vurulmasından sonra həyata keçirilən ilk sanksiya sahəsi də turizm olmuşdu.

Sanksiyaların əhatə dairəsi dairəsi genişləndirilsə, Rusiyanın Türkiyəyə baxışında iki cəhət qətiləşəcəkdir:1) Türkiyə ilə ikitərəfli və bərabər hüquqlu əməkdaşlığa deyil, təktərəfli ambisiyalara önəm verməsi;2) Bu ambisiyadan doğan etibarsız partnyor olması.Bunun ikisi də sovet dönəmini xatırlamağa yaşı və ağlı çatan insanlara yaxşı məlumdur.

Ukrayna ilə imzalanan saziş ləğv edilməyəcəyinə görə bundan sonrakı dönəmdə Moskva sanksiyaların əhatə dairəsinə beynəlxalq əməkdaşlığı da daxil edə bilər. Çünki ABŞ-ın F-35 proqramından çıxarılması aprelin 21-də qətiləşən Türkiyə ondan əvvəl məhz Vaşintqonun təzyiqiylə Rusiyadan aldığı S-400 raketlərini hər hansı bir yerdə quraşdıracaq ordunun ineventarına daxil etməyəcəyini  elan etmək məcburiyyətində qalmışdı  ki, bu da Moskva üçün bir neçə baxımdan önəmli olan bəzi planların reallaşmamasına səbəb olmuşdu. Ona görə Kremlin baxımından əməkdaşlıqda ciddi gədiklərin açılmasından söhbət gedir.

27 fevral 2020-də İdlibdə 57 Türk əsgərinin Rusiya silahlı qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra prezident Erdoğan `Astana prosesi`nin də artıq başa çatdığını bir neçə gün dalbadal  ifadə etmişdi. Ona görə Ukrayna ilə imzalanmış geniş əhatəli sazişə cavab olaraq, proseslər Rusiyanın “Suriyanı tərk et” tələbinə qədər gedib çıxa bilər.

Böyük ehtimalla,Ankara da bunların hamısını hesaba qataraq Ukrayna sazişindən sonra pərdə arxasında  Qahirə ilə dialoq qapılarını aralamağa yönəldi.

Bu ilin əvvəlində Ağdamda yaradılan Türkiyə-Rusiya “Müşahidə məntəqəsi”nin funksionallığını əsla müzakirəyə açmadan o mərkəzin  Moskva   zərrə qədər əhəmiyyət daşımayan  o mərkəzin simvolik aqibətini  Ədalət Vəliyevin  avtobusla aparıb-gətirdiyi müxalifət düşünsün...

Təhvil-təslimin üstündən 3 ay keçməsinə baxmayaraq,okeanın o tərəfindən hələ də xəbər gəlməməsi Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərindəki bir motivi xatırladır: kənduxada Xudayar  bəy (diasporanın keçmiş kəndxudası  Nazimin babasıdır) Məmmədhəsən əminin eşşəyini alıb Kərbəlaya gedəndən sonra hər gün kəndin kənarına çıxıb Xudayar bəyin qaytmasını gözləyən Məmmədhəsən əminin hali-pərişanı  bu gün Ankaraya da hakimdir. Bu durumun haraya qədər davam edəcəyini görmək üçün iki faktora diqqət mərkəzində saxlamaq lazımdır: 1) BŞ prezidentinin 24 apreldəki müraciətində `soyqırım` sözünü işlədib-işlətməyəcəyinə; 2) Nyu Yorkda ikinci hissəsi başlaması gözlənilən Halkbank məhkəmə prosesində  Türkiyə rəhbərliyininadının nə dərəcədə hallanacağına və Ağ evin buna nə qədər əhəmiyyət verəcəyinə.Bunları görməyə də günlər qaldı...

İqtidarpartiyası reytinq  problemiylə,iqtidar isə, xüsusilə, iqtisadi sahədə ciddi problemlərlə üzbəüz qalıb. Mərkəzi bankın valyuta ehtiyatından 128 milyard dollar pulun `yoxa çıxması`nın səbəbləri ciddi mübahisələrdən sonra, deyəsən, aydınlığa  qovuşur: iqtidar nümayəndələrinin qulağı başın üstündən göstərən açıqlamalarından məlum olur ki, Mərkəzi bank Xəzinə ilə, Xəzinə isə bir neçə bankla müqavilə imzalayıb və  ehtiyatdakı  valyuta o yolla satılıb.

Müxalifətin əlinə yaxşı fürsət verən üçün bu məsələ ilə bağlı açıqlamalar qənaətbəxş saymayan  CHP və İYİ Partiya  hökumətdən yenə əl çəkməyib deyir ki: 1) Niyə Mərkəzi bank valyutanı birbaşa özü yox,Xəzinə və banklar vasitəsiylə satıb?; 2) 128 milyard dolların bir hissəsi valyuta bazarına müdaxilə,bir hissəsi şirkətlərin borcları üçün satılıbsa,bəs yerdə  qalan miqdarı kim alıb? Çünki kimlər alıbsa, 25 milyard dollar gəliri var,adlarını açıqlayın.Reytinqlərin alt-üst olduğu vaxtda müxalifətin iqtidara `pul` vasitəsiylə salvolar göndərməsi  vəziyyəti daha da əsəb pozucu hala gətirərkən hökumətdə edilən dəyişikliklər də cəmiyyət tərəfindən sönük qarşılandı.

Çox yox,i ki həftə əvvəl Bakıda olan (nə qədər simvolikdirelə deyilmi?)  ticarət naziri  Ruhsar Pekcan ölkəyə geri qayıdar-qayıtmaz siyasət üzərində ən çox təsir gücü olan Odatv saytı  “Nazirin ailə şirkətindən nazirliyə təxminən 1 milyon 200 min dollarlıq dezinfeksiya malının satıldığını” sənəd-sübutla ortaya  qoydu və prezident  o naziri işdən çıxarmaq məcbur oldu.Bu fakt Türkiyə kimi ölkələrdə medianı öldürməyin mümkün olmadığını bir daha göstərdi.Buna da  Ağdama aparılıb-gətirilən o 150 jurnalist düşünsün...

Demokratiyanın funksional dinamikasına uyğun olaraq reytinq şkalalarındakı dəyişmələr Türkiyədə rejimin diri olduğunun sübutudur. Prezident Erdoğanın ən mühüm xüsusiyyətlərinin başında bir neçə ictimai rəy sorğusu şirkətinə hər ayda ən az 2 dəfə rəy sorğuları keçirtdirməsi və gələn nəticələrə görə  yeni addımlar müəyyənləşdirməsidir.

İctimai rəy sorğularında tərəfkeşliyin olması inthara bərəbər durumdur(məsələn, təxminən 10 il etibarlı ictimai rəy sorğuçusu kimi tanınan Adil Gür 2019-cu ildəki bələdiyyə  seçkisi ərəfəsində tamamilə subyektiv şəkildə iqtidar partiyasının 60% səs alacağını iddia edərək özünün də şirkətinin axırını gətirmidi). Ona görə,cənab Erdoğan öz partiyasının sifariş vermədiyi ictimai rəy sorğularının nəticələrni  də təhlil  etdirərək addımlar atır. Getdikcə sıxlaşan ictimai rəy sorğuları, demək olar ki, iqtidar partiyasının öz reytinqini yuxarı çıxara bilmədiyini göstərdikcə siyasi sistem daha da canlanır. Bunu da Zahid Oruca həvalə edib `dərya kənarındakı o şöhrətli məkan`ın müxalifətindən, jurnalistikasından, ictimai rəy sorğusundan feyz almağa davam edək.

Qaldı elmin, ədəbiyyatın, kitab satışının məsələləri: onu da şey edərik (yazarıq).

Mayis Əlizadə

Rəy yaz

Analitika

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti