İdlib. aa.com.tr

İdlib. aa.com.tr

***

Sual: Ümumilikdə, Suriyada türk qoşunlarının olmasının siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz? Öncə Ərdoğan deyirdi ki, onun ordusu Türkiyəni kürd terrorçulardan qorumaq üçün Suriya ilə sərhəd ərazilərə girib. İndi isə türk ordusu İdlib əyalətinə girdi və dünənki faciə baş verdi. Ərdoğan nədə haqlı və nə də haqsızdır?

Григорий Трофимчук Cavab:  Əvvəldən  2013-cü ildə Türkiyəni Suriya müharibəsinə Vaşinqton sövq etdi. Bizim yadımızdadır, Türkiyə uzun müddət müqavimət göstərdi, ancaq içəridən onun sabitliyini pozmağa (“ekoloqlar”un sayəsində) cəhd edildikdən sonra o, bu müharibəyə getmək, eyni zamanda da Suriya mövzusunda öz məqsədinə  çatmaq qərarına gəldi. İlk növbədə, kürdlərin məsələsini həll etmək və cənub sərhədi boyunca bufer zonası yaratmaq üçün. Ancaq o zaman Suriya müharibəsi mövzusunda Rusiya yox idi, 2015-ci ilin sonunda ortaya çıxdı. Ona görə də Rusiya ilə müharibə heç vaxt Türkiyənin planlarına daxil olmayıb və indi də daxil deyil.

Rusiyaya nümayişkaranəlikdən başqa real müharibə lazım deyil. Bu vacib məqamı qeyd edim ki,  real müharibə o zaman olur ki, gündə hər iki tərəfdən ən azı bir neçə hərbi təyyarə vurulur. İdlib zonasının belə olması son illərdə Suriya müharibəsinin nəticəsidir və Suriya üzrə bütün danışıqların, ilk növbədə Rusiya, Türkiyə, İranın iştirakı ilə danışıqların nəticəsində Türkiyənin nəzarət zonası kimi müəyyən edilib. Ona görə də Türkiyə hələ də bu əyalət üçün əvvəlcədən razılaşdırılmış hüquqlara sahib olduğuna inanır. Ancaq bu ərazidən həm Rusiya bazalarına, həm də Suriya bölmələrinə mütəmadi hücumların olması Rusiyanı da qane etmir. Rusiya və Türkiyə daim İdlib problemini və orada terrorçu bölmələrin olmasını müzakirə ediblər, ancaq konkret qərara gəlməyiblər, buna görə də son gərginləşmə baş verdi. Türkiyəyə işarə etdilər ki,  bu problemi vaxtında həll etmək lazım idi. Türkiyənin özü də baş verənləri çox yaxşı anlayır.

Sual: Dünən türklərə zərbə endirən təyyarənin məxsusluğu haqda fərqli məlumatlar var. Bəziləri yazır ki, Rusiyanın hərbi aviasiyasıdır, digərləri Suriya ordusunun təyyarələrinin olduğunu bildirir. Aydındır ki, Əsəd ordusu tamamilə Rusiya tərəfindən təmin olunur. Dünənki döyüşü Türkiyə və Rusiya orduları arasında  ilk hərbi toqquşma hesab etmək olarmı?

Cavab: Kimə necə sərf edir, elə də yazır. Çünki nizami orduların hələlik birbaşa olmayan toqquşmasından fərqli olaraq orada əsl informasiya müharibəsi gedir. Buna görə də ümumilikdə demək olar ki, hücum Suriya aviasiyası tərəfindən törədilib. Hər halda Türkiyə bu mövzuda kimin və nə fikirləşməsindən asılı olmayaraq, məhz bu məlumata yönəlməli olacaq.

Bu hadisəni “Rusiya və Türkiyə arasında ilk hərbi toqquşma” saymaq olmaz. Üstəlik, Türkiyə NATO ölkəsi olub və olaraq qalır, Rusiya da bunu yaxşı başa bilir. Rusiya üçün Suriyada yeni müharibəyə cəlb olunmağın mənası yoxdur, onun məqsədi  prosesi siyasi yolla nizamlamaq idi. Lakin Rusiyanı da Türkiyə kimi əsl müharibəyə sürükləməyə çalışırlar. ABŞ-ın bu yolda atdığı son addımlardan biri Rusiya və Türkiyə arasındakı ziddiyyətləri kəskin şəkildə artırmaq üçün Amerika bölmələrinin Suriyadan çıxarılması idi. Və bu, gördüyümüz kimi işlədi.

Sual: Dünənki hadisə strateji fikir ayrılığı səbəbindən Rusiya-Türkiyə strateji tərəfdaşlığının mümkün olmadığını göstərirmi? Əgər mümkün deyilsə, o zaman Türkiyə-Rusiya birgə iqtisadi layihələri necə olacaq?

Cavab: Rusiya ilə Türkiyə arasında strateji tərəfdaşlıq nəinki mümkündür, hətta bu, son on beş ildə bu və ya digər uğurla nümayiş etdirilib. Sadəcə, bu, ABŞ-ı qane etmir. Əlbəttə ki, Rusiyanın Suriyaya rus bölmələrini daxil etmədən Suriya məsələsini, o cümlədən kürdlərin hesabına həll etmək üçün müxtəlif variantlara malik idi və mən bu barədə 2015-ci ildə dəfələrlə danışdım. Lakin Rusiya özü oraya girmək qərarına gəldi, buna görə avtomatik olaraq xüsusi problem yığını ilə üzləşdi. Məhz bu amil Rusiya-Türkiyə münasibətlərini ağırlaşdırır, çünki Ərdoğan Rusiyapərəst Əsədi sevməyəcək və onu ilk fürsətdə məhv etməyə hazırdır.

Rusiya-Türkiyə iqtisadi əməkdaşlığına gəlincə, bu, daim hərəkətdədir. Nəhayət, Rusiyadan Türkiyəyə qaz gedir, bu,  Türkiyə üçün ikitərəfli əlaqələrin xeyrinə ciddi arqumentdir. Odur ki, Türkiyə hələlik  ABŞ və Rusiya arasında balans saxlamağa davam edir. Prinsipcə mümkün olduğu qədər. Əgər ABŞ-ın prezidenti ekzotik prezident Tramp olmasaydı, çox güman ki, Türkiyə birbaşa Rusiyanın öhdəsindən gələ bilərdi. Ancaq hələlik Trampın qəribə olması hamını xilas edir.

 

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti