Əli Kərimli hakiiyyətin görüş təklifi barədə
Bakı/10.03.20/Turan: Prezident Administrasiyasının siyasi partiyalarla əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyev AXCP sədri Əli Kərimlini görüşə dəvət edib.
Ə.Kərimli mətbuata bildirib ki, belə görüşün konkret gündəliyi olmalıdır və siyasi məhbusların azadlığa buraxılması, toplaşma azadlığının təmin edilməsi, seçki islahatları, yeni parlament seçkilərinin tarixinin təyin edilməsi, Qarabağ nizamlanması və təhlükəsizliyin təminatı məsələlərini əhatə etməlidir.
Buna görə də Ə.Kərimli müavini Seymur Həziyə görüşə getməyi və Ə.Vəliyevlə dialoqun predmetini müzakirə etməyi təklif edib.
Öz növbəsində S.Həzi Turan-a bildirib ki, Ə.Vəliyevlə görüşməyə hazırdır.
Qeyd edək ki, hakimiyyət parlament seçkilərindən dərhal sonra müxalifət nümayəndələri ilə dialoqa başlayıb. İlk görüş Xalq Partiyasının lideri Pənah Hüseynlə, sonra REAL lideri İlqar Məmmədovla olub. Müsavat rəhbərliyi də dəvət edilib, ancaq hələlik görüş olmayıb.
Hakimiyyətin hansı məqsəd güddüyünü söyləmək çətin deyil – bu, müəyyən preferensiya qarşılığında siyasi opponentləri sərt qarşıdurmadan çəkinməyə razı salmaq istəyidir.-16D-
Siyasət
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
BAKI, Azərbaycan (Reuters) - BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb. Bu barədə şirkətin sözçüsü Tamam Bayatlı cümə günü bildirib.
-
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 5 nəfərin (1 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
-
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edib. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinin mətbuat xidmətinin “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavabında deyilir.
Каковы месседжи из последнего интервью Ильхама Алиева и кому они адресованы? - беседа с Аркадием Дубновым
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:35
- 239
Rəy yaz