Teymur Mirzəyev ortada durur.
“Qaya”nın yaradıcısı Teymur Mirzəyev vəfat edib
Bakı/28.09.21/Turan: Mədəniyyət Nazirliyi xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb. “Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Məşhur “Qaya” vokal kvartetinin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib”, - nekroloqda bildirilir.
Teymur Mirzəyev 1936-cı ildə anadan olub, Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib.
Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.Teymur Mirzəyev 1993-cü ildə xalq artisti adına layiq görülüb.
1998 ildən Teymur Mirzəyev İsraildə yaşayırdı. -0-
-
- Maliyyə
- 28 Sentyabr 2021 11:20
Mədəniyyət
-
Tarix elmləri doktoru Cəmil Həsənlinin 2024-cü ilin son günündə “Təbriz-1946-cı il: Milli Hökumətin Zəfər və Faciəsi” kitabı çapdan çıxıb.
-
Kino həmişə həyatın mürəkkəbliyini əks etdirən bir güzgü olub və bəzən ən dərin həqiqətləri üzə çıxaran səssiz bir şahid rolunu oynayıb. 25 dekabrda Bakının Nizami Kino Mərkəzində hekayə anlatımı və yaradıcılığın möhtəşəm bir bayramı keçirildi. Azərbaycan Kino İttifaqının təşkil etdiyi bu tədbir, “Ağ qara hərflərin rəngli yuxuları” layihəsinin final mərhələsini qeyd etdi və Rövşən İsaxın rejissorluğu ilə hazırlanmış Məhkəmə adlı qısametrajlı bədii film nümayiş etdirildi. Bu gecə sadəcə bir film premyerası deyil, həm də öyrənmə və yaradıcı əməkdaşlıq yolunda böyük bir nailiyyətin təntənəsi idi.
-
Ekranın cazibəsi tez-tez aktrisaların, xüsusilə yaşlandıqca qarşılaşdıqları ifadə olunmayan mübarizələri gizlədir. Parlaq işıqların və alqışların arxasında, stereotiplərlə, cəmiyyətin təzyiqləri ilə və məhdud imkanlarla dolu bir reallıq dayanır. Bir çox aktrisa üçün zamanın keçməsi yalnız şəxsi kimliklərini deyil, həm də gənclik və ənənəvi gözəllik standartlarına fokuslanmış bir sənayedə peşəkar varlıqlarını təhdid edir.
-
Bakının hərəkətli küçələrində, dəbin şəhərin siluetləri qədər dinamik olduğu bir mühitdə, sakit bir inqilab baş verir. Azərbaycanın tullantıların idarə edilməsində əldə etdiyi uğurlara baxmayaraq, geyim və tekstil tullantıları məsələsi ətraf mühitin inkişafına kölgə salmaqda davam edir. Təkcə 2023-cü ildə ölkədə 2,7 milyon ton bərk məişət tullantısı yaranıb. Bu rəqəm atılan geyimlərin artan miqyasını gizlətsə də, qlobal trendlərlə bənzərlikləri nəzərə çarpır. ABŞ-da hər il təxminən 17 milyon ton geyim tullantıya atılır, Avropa İttifaqında isə bu rəqəm 5,8 milyon tona çatır. Proqnozlara əsasən, sürətli dəbin inkişafı ilə bu göstərici 2050-ci ilə qədər 175 milyon tona qədər yüksələ bilər.
Rəy yaz