Photo TURAN.
Polis inanclı qadınların etiraz aksiyasının qarşısını alıb
Bakı/22.06.22/Turan: İyunun 22-də bir qrup inanclı qadın Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar mayın 20-də saxlanılan bir qrup dindarın hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb ediblər.
Amma polis əməkdaşları birlikdə dövlət başçısının administrasiyasına getmək üçün metronun "İçəri şəhər" stansiyasının qarşısında toplaşan qadınların yolunu kəsib.
Polis zabiti qadınlara Prezident Administrasiyasının Nərimanov rayonunda yerləşən qəbul şöbəsinə nümayəndə göndərməyi tövsiyə edib. Bu zaman o, "Allahın təhqir edilməsi haqqında məlumatın saxta olduğunu" bildirib.
Bu, etirazçıları qane etməyib, onlar polisin Allahı təhqir etməməsi haqqında iddiasına qəzəbləniblər.
"Üç həftəyə yaxındır ki, qardaşlarımız həbsxanalarda aclıq edir, amma bu məsələyə heç bir reaksiya yoxdur. Biz artıq Prezident Administrasiyasının qəbul şöbəsində olmuşuq, bunun da heç bir nəticəsi olmayıb", deyə etirazçılardan biri bildirib.
Digər qadın deyib ki, "hakimiyyət dövlət və dinin vəhdətinə nail olmaq istəyirsə, günahsız olaraq həbs edilmiş bütün inanclı şəxsləri azad etməlidir".
"Oğlum 19 gündür həbsxanada aclıq edir. Onun temperaturu düşmür. Özünü çox pis hiss edir. Allahı təhqir edənləri cəzalandırsınlar və oğullarımız aclığı dayandırsın", deyə Allahı təhqir edənlərin cəzalandırılması tələbi ilə ilk olaraq aclığa başlayan "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadənin anası bildirib.
Polis aksiya iştirakçılarını sıxışdıraraq metronun "İçəri şəhər" stansiyasının içərisinə salıb. Oradan qadınlar Prezident Administrasiyasının Nərimanov rayonundakı qəbul şöbəsinə yollanıblar.
Xatırladaq ki, Taleh Bağırzadə iyunun 3-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq aclığa başlayıb. Həbsxanalarda onlarla məhbus və azadlıqda olan bir neçə şəxs aclıq aksiyasını dəstəkləyib.
DİN polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır. 06B
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Rəy yaz