Последнее обновление

(1 час назад)
Özbəkistanla müttəfiqlik Azərbaycana nə verəcək? – Zöhrab İsmayıl saat 16:00-da Çətin sualda

Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan arasında müttəfiqlik sənədi imzalanıb.

İki dövlət arasında müttəfiqlik münasibətləri haqqında müqavilədən əlavə hökumətlər arasında 12 sənəd imzalanıb. İmzalanan sənədlərdən iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı” (“Yol xəritəsi”) və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” mühüm yer tutur.

Azərbaycan və Özbəkistan qarşılıqlı sərmayə qoyuluşunu artırmaq üçün yaratdıqları İnvestisiya Fondunun həcmini 500 milyon dollardan  1 milyard dollara qədər artıra bilər. Daşkənddə Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub.

Son illərdə Azərbaycanın Özbəkistana investisiyalarında sürətli artım qeydə alınır. Belə ki, 2021-ci ildə Azərbaycandan Özbəkistan iqtisadiyyatına birbaşa investisiyaların həcmi 8,6 milyon dollar, 2022-ci ildə 23,9, 2023-cü ildə 23,2 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə investisiyaların həcmi 15,4 milyon dollara çatıb.

Son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. Ötən il iki ölkə arasında  ticarət dövriyyəsi 178 milyon 771 min ABŞ dolları həcmində olub. O cümlədən ixracın həcmi 47 milyon 115.58  min, idxalın həcmi isə 131 milyon 656.15  min ABŞ dolları təşkil edib. Bu ilin 7 ayında qarşılıqlı ticarət 118 milyon 281,19 min dollara yüksəlib. O cümlədən ixrac 18 milyon 604.47 min dollar, idxal isə 99 milyon 676.72 min dollar təşkil edib.

İqtisadçı Zöhrab İsmayıl Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей