D18 Hərəkatı tələbələr üçün kampaniyaya başlayıb
Bakı/10.10.19/ Turan: D18 Hərəkatı tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi ilə bağlı kampaniyaya başlayıb. Hərəkat kampaniya çərçivəsində tələbələr arasında 5 min imza toplayaraq Nazirlər Kabinetinə müraciət edəcək. Bu barədə D18 Hərəkatı məlumat yayıb.
Hərəkatın başqanı Ruslan İzzətli bildirib ki, əksər ölkələrdə tələbələrə bir çox güzəştlər edilir.
"Hətta işğalçı sovet hakimiyyəti dönəmində də tələbələrə və bir çox sosial qruplara ictimai nəqliyyatda güzəştlər tətbiq edilirdi. Qonşu ölkələrdə - Türkiyə, Rusiya, Avropa ölkələrində tələbələrə ictimai nəqliyyatda, kafe və restoranlarda, muzeylərdə, kitab mağazalarında xüsusi endirimli kartlar verilir. Azərbaycanda fəaliyyət göstərən 54 dövlət universiteti və özəl universitetdə 150 mindən çox tələbə təhsil alır. Ancaq təəssüflər olsun ki, dövlətin onlara yönəlik heç bir lahiyəsi yoxdur. Tələbə yataqxanası yoxdur, təhsil haqqı yüksəkdir, tələbə təqaüdü 60-140 manatdır. Bu cür şərtlər altında tələbə necə yaşasın?", deyə o qeyd edib.
Hərəkat başqanı bildirib ki, 5 mindən çox tələbənin imzası ilə təklif paketimizi Nazirlər Kabinetinə təqdim edəcəyik.
"Tələbələrə güzəştlərin tətbiq edilməsi üçün siyasi və hüquqi addımlar atacağıq", deyə İzzətli qeyd edib.
D18 (Demokratiya 1918) Hərəkatı 2013-cü il martın 18-də bir qrup gənc tərəfindən yaradılıb. Hərəkatın məqsədi cümhuriyyət dəyərlərini təbliğ etmək, vətəndaşların hüquqlarını qorumaq, azad, demokratik ölkənin yaradılmasıdır. -03B-
-
- İqtisadiyyat
- 10 Oktyabr 2019 15:17
-
- Cəmiyyət
- 10 Oktyabr 2019 16:04
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz