Əfqan Muxtarlı tibbi ekspertizadan keçirilib
Bakı/30.06.17/Turan: Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlını tibbi ekspertizadan keçiriblər. Bu barədə Turan-a onun vəkillərindən Nemət Kərimli bildirib.
Müdafiə etdiyi şəxslə iyunun 30-da təcridxanada görüşən vəkili tibbi ekspertiza barədə tələbinin Ə.Muxtarlının Azərbaycana gətirilməsindən 31 gün sonra təmin olunmasını xüsusi vurğulayıb: "Onu bu gün - döyülməsindən 31 gün sonra tibbi ekspertizadan keçiriblər. Ə. Muxtarlı Tbilisidə öz evinin yaxınlığında oğurlandıqdan sonra Gürcüstan ərazisində işgəncəyə məruz qalmışdı. Ona xəsarətlər yetirilmişdi. Bu haqda ilk gündən tibbi ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırılmışdı. Qanunla tibbi ekspertiza dərhal keçirilməli idi. Amma bunu 31 gün sonra - Ə.Muxtarlının xəsarətləri sağaldıqdan sonra ediblər", deyə vəkil qeyd edib.
Vəkilə görə, tibbi ekspertizanın 31 gün sonra keçirilməsi jurnalistin döyülməsi faktını aşkar etmək yox, ört-basdır etmək məqsədi daşıyıb.
Xatırladaq ki, Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirdiyinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi. -05B-
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 302
-
- Bazarların icmalı,
- 14:22
- 248
Rəy yaz