Александр Лапшин, LiveJournal
Aleksandr Lapşin Dağlıq Qarabağa turist kimi getdiyini bildirib
Bakı/30.06.17/Turan: İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bugünki iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına münasibət bildirən A.Lapşin özünü təqsirli bilməyib.
Sərbəst ifadə verməkdən imtina edən A.Lapşin sualları cavablandırıb. O, Dağlıq Qarabağa iki dəfə turist kimi səfər etdiyini bildirib.
Daha sonra iclasda şahidlər ifadə verib. Şahidlər əsasən Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərindən məcburi köçkünlər olub. Şahidlər məhkəməyə bildiriblər ki, Lapşin kimi insanların Dağlıq Qarabağa səfəri münaqişənin nizamlanmasına və onların doğma yurdlarına qayıtmasına mane olur.
Vəkil Eduard Çernin "Amerikanın Səsi"nə blogerin səhhətinin normal olduğunu bildirib. O, məhkəmə prosesində tezliklə hökmün elan edilməsini istəyir.
Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.
İsrail, Rusiya, Ukrayna vətəndaşı olan Aleksandr Lapşin Azərbaycan prokurorluğu tərəfindən dövlət sərhədini qanunsuz keçmə, ərazi bütövlüyünə qarşı yönələn açıq çağırışlar etmə əməllərində ittiham olunub və 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. Bloger 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. -03B06-
Cəmiyyət
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 225
-
- Bazarların icmalı,
- 14:22
- 209
Rəy yaz