
Карачи. Пакистанские торговцы тканью
Bakı/30.06.17/Turan: Son dövrlər ölkədə 48 qanunsuz miqrant saxlanılıb: 44 Pakistan vətəndaşı, üç Banqladeş vətəndaşı, bir Filippin vətəndaşı, bu barədə ölkənin Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilir.
Bundan başqa, müvafiq icazə olmadan işləyən 9 Özbəkistan vətəndaşı saxlanılıb.
Saxlanılanlar arasında qanunsuz olaraq Azərbaycanda yaşayan və törətdiyi cinayətə görə İnterpol tərəfindən axtarışda olan bir Türkiyə vətəndaşı da var. Sözügedən şəxslər Bakıda qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdiriliblər. -02D-
Rəy yaz