Gözəl Bayramlı istintaq təcridxanasında hüquqlarının pozulduğunu bildirir
Bakı/01.07.17/Turan: Kürdəxanı istintaq təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı hüquqlarının pozulduğunu bildirib və Azərbaycan ombudsmanının ona baş çəkməsini tələb edib.
Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.
İyunun 30-da o, istintaq təcridxanasında Bayramlıya baş çəkib.
Elə həmin gün Bayramlı barəsində istintaq hərəkəti olub.
Ona istintaq orqanının tibbi ekspertiza təyin edilməsi haqqında qərarı elan edilib.
Mayın 25-də sərhəddə saxlanılarkən Gözəl Bayramlı bədən xəsarəti alıb.
Amma vaxtında ekspertiza keçirilməyib.
"Biz bu məsələni Gözəl Bayramlı ilə müzakirə etdik və qərara gəldik ki, bir ay sonra ekspertiza keçirilməsinin heç bir mənası yoxdur. Çünki zaman keçib və bədən xəsarətinin mövcudluğunu və ağırlıq dərəcəsini müəyyən etmək mümkün deyil", deyə vəkil bildirib.
Eyni zamanda, Bayramlının səhhəti pisləşməkdə davam edir.
Həkimlər artıq istintaq təcridxanasında Bayramlını bir neçə dəfə müayinə ediblər. Amma müayinə nəticələri gizlədilir. Müayinələrin nəticələrinə görə heç bir müalicə təyin edilmir. Digər tərəfdən, Tbilisidən qayıdarkən Bayramlıdan orada yazılmış reseptləri və onun üzərində olan dərmanları alıblar.
İstintaq təcridxanasında Bayramlının qanuni maraqları üçün əhəmiyyət kəsb edən şəxslərlə telefon danışıqları hüquqları da məhdudlaşdırılıb.
Bayramlı hüquqlarının təmin edilməməsi ilə bağlı şikayətlərilə əlaqədar ombudsman Elmira Süleymanovanın ona baş çəkməsini xahiş edib, deyə vəkil Mustafayev qeyd edib.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, 206.1-ci (qaçaqmalçılıq) maddə ilə ittiham olunur. Mayın 26-da Səbail rayon məhkəməsi onun 3 aylıq həbsinə qərar verib. Rəsmi bəyanatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib. Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə atıb və onun həbsi siyasi xarakter daşıyır. -06D--
-
- Cəmiyyət
- 1 İyul 2017 10:33
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 225
Rəy yaz