"İşıq məhbusları"nın işi üzrə prosesdə məhkəmə müdafiə tərəfin heç bir vəsatətini təmin etməyib
Bakı/30.06.17/Turan:Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz aksiyasında iştirak etdiklərinə görə həbs edilmiş 5 təqsirləndirilən şəxsin işi üzrə məhkəmənin hazırlıq iclasında müdafiə tərəfin heç bir vəsatəti təmin edilməyib. Məhkəmə işi baxılması üçün qəbul edib.
Dekabrın 22-də Biləsuvarda istehlakçıların borcu ilə əlaqədar 11 məcburi köçkün qəsəbəsində elektrik enerjisinin kəsilməsinə etiraz aksiyası keçirilib. Polis aksiyanı amansızca dağıdıb. Bu zaman Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov həbs edilib. Onlara qarşı Azərbaycan CM-in 186.2.2. (əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233 (ictimai asayişin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Eyni ittihamlarla dekabrın 24-də daha iki nəfər - Ülvi Quliyev və İlkin İsgəndərov həbs edilib.
İyunun 30-da onlar məhkəmə qarşısına çıxarılıb.
Hazırlıq iclası Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məhkəməsində keçirilib.
Təqsirləndirilən şəxslərin qohumları, ictimaiyyət nümayəndələri və jurnalistlər prosesə buraxılmayıb.
Eyni zamanda, zərərçəkmişlər - polis əməkdaşları zala buraxılıb. Onların sayı 21-dir. Amma hamısı məhkəməyə gəlməyib. Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, müdafiə tərəfi bəraətverici əsaslarla cinayət icraatına xitam verilməsi haqqında vəsatət qaldırıb.
Bundan başqa, vəkillər işdən qəbuledilməz yollarla əldə edilmiş dəlilləri, o cümlədən təzyiq yolu ilə alınmış ifadələri çıxarmağı xahiş ediblər.
Müdafiə tərəfi həmçinin məhkəmə prosesinin audioyazısının və videoçəkilişinin aparılması, qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətlər qaldırıb.
Amma vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmə işi baxılması üçün qəbul edib və mahiyyəti üzrə dinləmələri iyulun 14-nə təyin edib.
İclas zamanı isti havada küçədə qalan təqsirləndirilənlərin qohumlarının səhhəti pisləşib.
Təqsirləndirilən Hüseynovun anası Firuzə Hüseynovanın və İsgəndərovun bacısı Gülnarə İsgəndərovanın ürəyi gedib və onlar ətrafdakıların yardım göstərməsindən sonra özlərinə gəliblər.
Təqsirləndirilənlərin beşi də siyasi məhbus kimi tanınıb və " İşıq məhbusları" kateqoriyasına aid edilib.
Xatırladaq ki, etiraz aksiyasından sonra hakimiyyət güzəştə gedib və elektrik enerjisi borcunun ödənilməsi üçün möhlət verib. 2017-ci ilin martında isə 11 qəsəbənin hamısı qazlaşdırılıb. -06D-
-
- Siyasət
- 30 İyun 2017 21:55
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz