![Məcburi köçkünlərin etiraz aksiyası](https://turan.az/resized/media/2019/main/101000022231-750-500-resize.webp)
Məcburi köçkünlərin etiraz aksiyası
Bakı/10.10.19/Turan: Oktyabrın 10-da bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında etiraz aksiyası keçirib.
Onlar yerləşdirildikləri Qaradağ rayonunda yerləşən hərbi yataqxananın qəzalı vəziyyətdə olmasından şikayət ediblər.
Komitə sədri Rövşən Rzayev bir müddət əvvəl onları "Qobu-Park" yaşayış kompleksində mənzillə təmin etməyə söz verib. Amma kompleks artıq təhvil verilib, hərbi yataqxananın sakinləri isə oradan mənzil almayıblar.
"Yaşadığımız ərazidə məktəb, xəstəxana yoxdur, avtobus işləmir. 30 uşaq məktəbə gedə bilmir", - deyə aksiya iştirakçılarından biri bildirib. Etirazçıların qarşısına çıxan Komitə nümayəndəsi bildirib ki, hərbi şəhərcikdə məskunlaşmış məcburi köçkünlərə köçürülməklə bağlı söz verilsə də, sakinlərin hamısına mənzil çatmayıb.
Onun sözlərinə görə, 15 ailə tikilməkdə olan "Ümid" qəsəbəsində mənzil alacaq.
Məmur bildirib ki, idarə müvəqqəti olaraq sakinləri kirayə mənzillərə yerləşdirməyə hazırdır, amma onlar bundan imtina edirlər.
İdarə nümayəndəsi həmçinin əlavə edib ki, əvvəl qəzalı vəziyyətdə olan məktəblərdə, uşaq bağçalarında məskunlaşan vətəndaşlar köçürülür. "Tədricən bütün məcburi köçkünlər evlə təmin olunacaq", deyə məmur vəd edib. -21C-
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz