Vəkil müxalifətçinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir
Bakı/16.05.18/Turan: AXCP fəalı Mirfeyzullah Seyidovun vəkili Cavad Cavadov onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.
Vəkil öz müraciətini M.Seyidovun ağır xəstə olması ilə əsaslandırıb və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə təqdimatın verilməsini xahiş edib.
Vəkil mayın 15-də istintaq təcridxanasında M.Seyidova baş çəkib və onun səhhətinin kəskin pisləşdiyinin şahidi olub.
"O, xroniki böyrək xəstəsidir, 1-ci qrup əlildir. Həftədə üç dəfə hemodializ prosedurundan keçir. Bundan başqa şəkərli diabet, hipertoniya, anemiya xəstəliklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatı keçirib, ürəyinə iki ədəd stend qoyulub. Bakı İstintaq Təcridxanasında onu dializ proseduru ilə təmin ediblər, ancaq həkim nəzarətinə ehtiyacı var. Ən azı Müalicə Müəssisəsində olmalıdır", - vəkil hesab edir.
Vəkil M. Seyidovun xəstəliyinə dair sənədləri də baş prokurora müraciətinə əlavə edib.
M. Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.
Mayın 10-da Nərimanov Rayon Məhkəməsi M.Seyidovun barəsində həbs qətimkan tədbiri seçib.-16D-
-
- Siyasət
- 16 May 2018 12:47
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz