Məmmədyarovun altıncı müavini təyin edilib?
Bakı/16.05.18/Turan: Azərbaycanda prezident seçkilərindən sonra ləğv edilmiş Dövlət Standartlaşdırma Komitəsinin keçmiş rəhbəri Ramiz Həsənov ölkənin xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib, bu barədə yerli KİV-lər məlumat yayıb. XİN-dən bu məlumatı nə təsdiq, nə də təkzib edirlər.
Həsənov 1961-ci ildə Gürcüstanın Marneuli rayonunda dünyaya gəlib. 1983-cü ildə Moskva Dövlət Beynəlxlaq Münasibətlər İnstitutunu bitirib.
Elə həmin dövrdə MDBMİ-də, məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev də təhsil alırdı.
1983-1990-cı illərdə Həsənov SSRİ-nin Xarici Ticarət Nazirliyində, 1990-92-ci illərdə isə Azərbaycan Nazirlər Kabineti nəzdində xarici iqtisadi əlaqələr komissiyasında, daha sonra ölkənin Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.
1997-2004-cü illərdə Həsənov "Azərkontrakt" ASC (Dövlət Maddi-Texniki Təchizat Komitəsinin yerinə) sədrinin birinci müavini, 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsində işləyib.
2005-ci ildən Dövlət Standartlaşdırma Komitəsinin rəhbəri olub.
Həsənovun nazir müavini vəzifəsinə təyin edilməsi haqqında məlumat doğrudursa, o, xarici siyasət idarəsinin başçısının altıncı müavini olacaq.
Qeyd edək ki, nazir müavinləri Hafiz Paşayev, Mahmud Məmmədliyev, Araz Əzimov, Xələf Xələfov, Nadir Hüseynovdur. - 06D-
-
- İqtisadiyyat
- 16 May 2018 14:39
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz