İcra Hakimiyyətinin başçısı sürüşmə zonasındakı evlər barədə (yenilənib)
Bakı/15.05.18/Turan: Hakimiyyət Bayıl qəsəbəsində Buxta küçəsindəki sürüşmə zonasında yaşayan ailələrin taleyilə bağlı yekun qərar qəbul etmək üçün vəziyyəti öyrənir. Bu barədə hadisə yerinə gələn Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Xatırladaq ki, ötən gün axşam sözügedən yerdə sürüşmə baş verib. Bundan öncə boşaldılmış bir və ikimərtəbəli evlərin bir hissəsi dağılıb. Yerli sakinlər deyirlər ki, yaxınlıqdakı daha 20 evə sürüşmə təhlükəsi var.
E.Əzizov deyib ki, vəziyyətin qiymətləndirilməsindən sonra Nazirlər Kabineti müvafiq qərar qəbul edəcək.-02B-
* * *
2018 May 16 (Çərşənbə) 14:12:18
Bayıl qəsəbəsində yeni sürüşmə zonası?
Bakı/16.05.18/Turan: Bayıl qəsəbəsindəki (Buxta küçəsi, 9) 16 mərtəbəli binanın yaxınlığında ekzogen proses müşahidə olunmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O deyib ki, zonada baş verən proseslər son günlərdə sürətlənib və burada yaşayan əhali üçün təhlükə yaranıb.
Torpaqda çatların əmələ gəlməsinin aktivləşməsinin dəqiq səbəblərini müəyyən etmək mümkün deyil. Onlar müxtəlif ola bilər.
Xatırladaq ki, Bayıl adətən sürüşmə zonası hesab olunur və vaxtaşırı burada torpaq kütləsinin hərəkəti aktivləşir ki, bu da böyük sayda əhalinin köçürülməsinə səbəb olur. -05B-
Cəmiyyət
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
Rəy yaz