журналист Фикрет Гусейнли
Fikrət Hüseynlinin məhkəməsi yenidən təxirə salınıb
Bakı/09.02.18/Turan: Fevralın 8-də Kiyev Apellyasiya Məhkəməsi jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxışı davam etdirib və yenidən prosesi fevralın 13-dək təxirə salıb. Bu barədə Turan-a jurnalistin özü bildirib.
Onun sözlərinə görə, yanvarın 17-də və 31-də məhkəmə iddiasından əl çəkməsi üçün işi prokurorluğa qaytarmışdı.
Fikrət Hüseynli Azərbaycanda nəşr olunan "Azadlıq" qəzetinin əməkdaşı olub. O, təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. 2017-ci il oktyabrın 14-də jurnalist Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında İnterpol xəttilə saxlanılıb.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
F.Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.
Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.
Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs olunmasını tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.
Jurnalist məhkəmə baxışının dalbadal üçüncü dəfə təxirə salınmasını narazılıqla qarşılayır.
"Məhkəmənin uzadılması məni daha uzun müddətə Ukraynada saxlamağa hesablanıb. Görünür, Azərbaycan hakimiyyətindəki hansısa qüvvələrin Ukrayna hakimiyyətində kimlərləsə ciddi əlaqələri var. Bu əlaqələr vasitəsilə məhkəməni uzadırlar və nəticədə proses yekunlaşmır. Bu da mənim sənədlərimin Ukrayna Baş Prokurorluğuna göndərilməsini ləngidir və mən Ukraynada qalmağa məcbur oluram. Ukraynada qaldığım müddətdə faktiki işləyə bilmirəm, işləmədiyim halda bütün xərcləri özüm ödəyirəm. Bu səbəbdən həm də maddi zərərə düşürəm, borclarım getdikcə artır. Hazırda səhhətimdə ciddi problem var. Buranın tanınmış klinikasının həkimləri rəy veriblər ki, əməliyyata ehtiyac var. Təəssüf ki, o rəyi prokurorluğa təqdim etsək də nəticə yoxdur. Ola bilsin ki, gözləyirlər Azərbaycan hakimiyyəti məni oğurlasın, bunlar da desin bizim günahımız yoxdur. Proses yekunlaşmamış Fikrətin günahından onu oğurladılar. Çünki mənə bildirilir ki, məni oğurlamaq üçün plan hazırdır. Sadəcə, uyğun zaman gözləyirlər", -o bildirib.
F.Hüseynli deyib ki, Niderland Xarici İşlər Nazirliyi onun işini daim diqqətdə saxlayır:
"Niderlandın Ukraynadakı səfirliyi ilə daimi əlaqəm var. Sadəcə, onlar məhkəmənin uzadılması məsələsinə qarışa bilmirlər. Çünki sistemi elə qurublar ki, guya, burada qanunsuz hər hansı bir şey yoxdur. Ukrayna qanununa görə, məhkəmələr yekunlaşmamış iş bağlanıb prokurorluğa göndərilə bilməz".
Onun sözlərinə görə, Sərhədsiz Reportyorlar təşkilatı işi daim nəzarətdə saxlayır.
"Lakin onların da bu bürokratiyaya təsir göstərmək imkanları yoxdur", - o qeyd edib. -03B-
-
- İqtisadiyyat
- 9 Fevral 2018 13:42
-
- Maliyyə
- 9 Fevral 2018 13:46
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz