Saleh Rüstəmov
Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi köməklik göstəriləcək
Bakı/15.05.18/Turan: Narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun və onun qardaşı oğlu Vidadi Rüstəmlinin vəkilləri onlarla görüşə bilmirlər. Bu barədə Turan-a S.Rüstəmovun qardaşı Taleh Rüstəmov bildirib.
Onun sözlərinə görə, vəkillər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və 1 saylı Bakı İstintaq Təcridxanasında olublar.
"Ancaq hər iki qurumda Saleh Rüstəmov və Vidadi Rüstəmlinin orada saxlanılmadığını bildirblər. Biz Ombudsman Aparatının qaynar xəttinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etmişik. Lakin həmin institutların nümayəndələri də hələ Saleh Rüstəmov və Vidadi Rüstəmli ilə görüşə bilməyiblər. Biz qardaşımın və qardaşım oğlunun taleyindən çox narahatıq", deyə T.Rüstəmov qeyd edib.
Öz növbəsində, Ombudsman Aparatından Saleh Rüstəmovun vəkilinin bu quruma müraciət etdiyini təsdiq ediblər.
"Saleh Rüstəmovun saxlanıldığı yerlə bağlı (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır) vəkilinə məlumat verilib. Hazırda müraciətlə bağlı icraat davam etdirilir, lazımi köməklıik göstəriləcək", deyə Ombudsman Aparatından bildiriblər.
S.Rüstəmovun vəkili apellyasiya şikayəti verib və mayın 16-da saat 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.
Mayın 12-də Vidadinin dayısı oğlu Azər Adamov Türkiyədən gələrkən Bakı aeroportunda saxlanılıb. Mayın 13-də Vidadinin dostu, Rusiya vətəndaşı olan Bəhruz Tağıyevi Gədəbəydə saxlayıb Bakıya gətiriblər. -0-
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz