Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı/26.09.19/Turan: Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.
Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.
Görüşün sonunda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu" imzalanıb.-0-
Siyasət
-
Milli Məclis bazar ertəsi payız sessiyası çərçivəsində plenar iclas keçirir. İclasda 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və mövcud qanunvericiliyə təklif edilən dəyişikliklər müzakirə olunur.
-
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, onun Quru Qoşunları İranın şimal-qərbində Azərbaycan Respublikası Ordusu ilə birgə hərbi təlimə başlayıb.
-
COP29 iqlim sammitində əldə edilən razılaşma BMT Baş Katibi Antoniu Quterreş tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal səylərdə mühüm addım kimi qiymətləndirilib. Yüksək səviyyəli müzakirələrin yekununda çıxış edən Quterreş, bu razılaşmanın qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədini qorumaq üçün həlledici olduğunu vurğulayıb. Bu hədd iqlim dəyişikliyinin ən pis təsirlərini qarşısını almaq üçün kritik hesab olunur.
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
Rəy yaz