argumentua.com
Rusiya Ermənistanın keçmiş rəhbərlərinin həbsindən niyə narahat olur?
Çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın və rejimin digər üzvlərinin həbsini tənqidə məruz qoyub, bunu "siyasi motivli" adlandırıb. Robert Koçaryan və digər keçmiş məmurlar Yerevanda 1 mart 2008-ci il iğtişaşlarından sonra konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar.
Sergey Lavrov həmçinin bildirib ki, Rusiya müttəfiq olaraq Ermənistanda sabitlikdə maraqlıdır və Ermənistanda baş verənlər Rusiyada narahatlıq doğurur.
Yaxşı məlumdur ki, 1 mart 2008-ci ildə Ermənistanda prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı iğtişaşlar baş verərkən cənab Koçaryan Moskvada olub. Bəzi ekspertlərin fikrincə, o, Putin rejimindən 10 nəfərin həlak olması ilə nəticələnən etirazları yatırmaq haqqında birbaşa əmr alıb.
Bu ilki inqilabın əvvəlində Moskva ölkədə öz maraqlarını qorumağa çalışıb, Serj Sarkisyan hökumətinə dəstək göstərib. Rusiyanın Ermənistanla bağlı iqtisadi, siyasi və hərbi inhisarı Nikol Paşinyanın baş nazir seçilməsindən sonra riskə məruz qalır.
Mayda etirazların qızğın vaxtında Nikol Paşinyan Rusiyanı açıq şəkildə tənqid etməkdən qaçırdı, amma o, belə deyib: "Bizdə də fərqlər var". O, daha diplomatik olmağa çalışıb və Rusiyanı strateji müttəfiq adlandırıb. Baş nazir vəzifəsinə seçildikdən sonra Nikol Paşinyan Ermənistanın xarici siyasətini şaxələndirmək niyyətindədir. O, öz hökumətinə Qərbdə təhsil almış, liberal əhval-ruhiyyəli insanları təyin edib. Bunun Rusiyanın maraqlarında olmadığını demək olar. Bundan başqa, Rusiyanın Ermənistandakı siyasi aktivlərini həmişə başda Koçaryan olmaqla, Qarabağ klanı təmsil edib. Qarabağ klanı Rusiyanın Cənubi Qaqazda siyasi, hərbi və iqtisadi maraqlarının dəstəklənməsində çox əhəmiyyətli rol oynayıb. Rusiya regionda yeganə hərbi bazasının yerləşdiyi Ermənistanı itirmək niyyətində deyil.
Əvvəlki məqaləmdə yazırdım ki, məxmər inqilabın uğurla başa çatmasından sonra Paşinyanın Rusiya ilə problemləri yeni başlayır. Regionda geosiyasi vəziyyət Ermənistanda davam edən demokratik islahatların gələcəyini müəyyən edəcək.
Rusiyanın bu yaxınlarda baş vermiş siyasi dəyişikliklərini nəzərə alaraq, ölkə Ermənistanın onun nüfuz dairəsində qalması üçün lazım olan bütün vasitələrdən istifadə edə bilər. Moskva tərəfindən həm Ermənistanı, həm də Azərbaycanı öz siyasi təsiri altında saxlamaq üçün ortaya çıxardığı Dağlıq Qarabağ münaqişəsi Rusiya tərəfindən yenidən qızışdırıla bilər. Moskva Azərbaycan hökumətini işğal edilmiş yeddi rayonun bəzilərində hərbi əməliyyata başlamağa təhrik edə bilər, amma nəzərə almaq lazımdır ki, Rusiya heç vaxt tərəflərin heç birinin sonda qalib çıxmasına imkan verməyəcək. Bu ssenari yalnız dünyada demokratikləşmə prosesini pozmağa çalışan prezident Putin üçün faydalı olardı. Azərbaycan hökuməti də Ermənistanda regiona yayıla biləcək demokratik dəyişikliklərin pozulmasında maraqlıdır.
Ermənistanın yeni rəhbərliyi zəruri diplomatik və iqtisadi dəstəklə təmin edilməlidir. Ən əsası, demokratikləşmə prosesinin Qərb demokratiyalarının qətiyyətli dəstəyinə ehtiyacı var. ABŞ və Fransa bu dəstəyin verilməsində əsas oyunçulardır. Demokratikləşməyə Rusiya təhlükəsinin qarşısını almaq üçün bu ölkələr Dağlıq Qarabağ probleminin həllinə prioritet diqqət yetirməlidirlər.
-
- İqtisadiyyat
- 6 Avqust 2018 15:16
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
İranın İsrailə hücumu nələrə səbəb ola bilər? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 11:30
- 132
Rəy yaz