Şahdənizdən Türkiyə və bir sıra Avropa ölkələrinə qaz təchizatı bərpa olundu
Türkiyə və bir sıra Avropa ölkələri yenidən Şahdəniz Alfa platformasından qaz almağa başlayıb. Xəzər dənizində yerləşən Şahdəniz yatağının operatoru 6-18 yanvar tarixlərindəki fors-major vəziyyətinə səbəb olan problemləri həll etdikdən sonra bu hasilat platformasında işləri bərpa edib.
Botas şirkətinin məlumatına görə, Türkiyə yanvarın 19-dan etibarən Azərbaycandan qaz tədarükünü bərpa edib. Daha əvvəl, Şahdənizin sualtı qaz kəmərlərindən birində yaranan texniki problemlərdən qaynaqlanan defisiti qarşılamaq üçün Türkiyənin dövlət idxalatçısı Botas 2025-ci ilin yanvar-mart aylarında Türkiyəyə tədarük etmək üçün yeddi partiya mayeləşdirilmiş təbii qaz (LNG) satın alıb. Ticarətçilər bu alışları qismən yanvar ayında Azərbaycandan olan qaz tədarükündə yaranmış çatışmazlıqları kompensasiya etmək zərurəti ilə əlaqələndiriblər.
Qeyd etmək lazımdır ki, keçən il Azərbaycan Şahdəniz yatağından Türkiyəyə 9,9 milyard kubmetr qaz ixrac edib, bu göstərici 2023-cü ildə 9,5 milyard kubmetr idi.
"Türkiyənin əlavə LNG həcmləri almaq üzrə atdığı addımlar, xüsusilə, Bolqarıstanın Bulgargaz şirkətinə, Şahdənizdəki fors-major vəziyyəti səbəbindən yanvar ayında yaranan Azərbaycan qazı tədarükündəki fasiləni kompensasiya etməyə kömək etdi," deyə məsələyə bələd olan bir ekspert Turan-a bildirib.
Avropa qazpaylayıcı şəbəkəsi ENTSOG-un məlumatına görə, yanvarın 19-dan etibarən Azərbaycan qazının Bolqarıstana tədarükü Türkiyə, Yunanıstan və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə 12 günlük fasilədən sonra bərpa olunub. Qaz tədarükü Bolqarıstan ilə qaz kəməri olan Bolqarıstan-Serbiya İnterkonnektoru (IBS) vasitəsilə Serbiyaya da tənzimlənib.
BP, yanvarın 18-də axşam, Şahdəniz Alfa hasilat platformasının təmir işləri tamamlandıqdan sonra, platformadan kondensatı Qaradağ rayonunda yerləşən Səngəçal terminalına çatdıran boru kəmərində işləri bərpa etdiyini elan etdi.
"Gələn həftə ərzində Şahdənizdə hasilat əvvəlki səviyyəyə - gündə təxminən 74 milyon kubmetr həcmində bərpa ediləcək. Daha əvvəl, texniki problemlərə və yalnız bir platformanın – Şahdəniz Bravo-nun işləməsinə görə hasilat gündəlik 40–48 milyon kubmetr səviyyəsində idi," deyə mənbə bildirib.
Şahdəniz 2006-cı ilin dekabrından etibarən qaz və kondensat hasil edir. Ehtiyatları 1,2 trilyon kubmetr olan bu yataq Azərbaycanın aparıcı qaz yatağıdır və müxtəlif səviyyələrdə dünyada təxminən on ölkəni qazla təmin edir.
-
- Cəmiyyət
- 20 Yanvar 2025 16:37
Siyasət
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
-
Yanvarın 19-da Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko və Avropa İttifaqı ölkələrinin səfirləri faciəvi hadisələrin 35-ci ildönümündə "Qara yanvar" qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
-
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp öz komandasına yanvarın 20-də keçiriləcək inaqurasiyasından sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Bu barədə CNN məsələ ilə tanış mənbələrə istinadən xəbər verib.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:50
- 335
Rəy yaz