Açiq mənbələrdən foto.
Qafqaz Müsəlmanları İdarəsi Marneulidə Qərb və İsrail əleyhinə çağırışlardan yaxasını kənara çəkib /YENİLƏNİB/
"Əli Əliyev 1 yanvar 2023-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi deyil. Marneulidə mitinqdə onun söylədikləri şəxsi mövqeyidir və Qafqaz Müsəlmanları İdarəsinin mövqeyilə heç bir əlaqəsi yoxdur". Bu barədə şeyx Allahşükür Paşazadənin nümayəndəsi Gürcüstanda azərbaycanlı əhalinin yaşadığı regionda İsrail əleyhinə mitinq keçirilməsi barədə məlumatları Turan-a şərh edərkən bildirib.
"Qafqaz Müsəlmanları İdarəsi Fələstin-İsrail münasibətləri məsələsində Azərbaycan hökumətinin mövqeyini dəstəkləyir. Axund Hacıyevə gəlincə, bu adamın Qafqaz Müsəlmanları İdarəsilə heç bir əlaqəsi yoxdur.
Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndələri Məmməd Şamilov və Sabir Musayevdir", - idarədən bildiriblər.
Qeyd edək ki, Gürcüstanın islam dini qurumları bu ölkənin dövlət qurumlarına tabedir. -0-
* * *
2023 Noyabr 01 (Çərşənbə) 11:49:58
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi ABŞ və Qərb ölkələrini terror ölkələri adlandırıb?
Bakı/01.11.23/Turan: Oktyabrın 31-də Marneulidə (Gürcüstanda azərbaycanlı əhalinin yaşadığı rayon mərkəzi) Fələstinə dəstək mitinqi keçirilib.
Gürcüstan KİV-in məlumatına görə, aksiyada "Qırmızı" məscidin (baş məscid) axundu Hacı Hacıyev və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Əli Əliyev çıxış ediblər.
Axund Hacıyev "İsrailin Qəzza zolağına hücumu ilə bağlı susmağı İsrailə dəstəyin göstəricisi" adlandırıb. Onun sözlərinə görə, xalq "sionist İsrail rejiminə, "məzlum Fələstin əhalisinə işgəncəyə” qarşı səsini ucaltmaq üçün toplaşıb.
Öz növbəsində Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Əli Əliyev İsrail, ABŞ, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, NATO və Aİ üzvü dövlətləri "terrorçu dövlətlər" adlandırıb.
"İsrailin Qəzzadakı cinayətlərinə dünyanın 1 nömrəli terror ölkəsi ABŞ, Avropa ölkələri, NATO, Almaniya, İtaliya, Fransa, İngiltərə himayədarlıq edirlər, onlar birlikdə bu cinayətləri təkcə Fələstində, Qəzzada yox, uzun illərdir İraq, Ərəbistan, Suriya, Yəmən, Liviyada törədiblər. Onlar dünyanın ən güclü terrorçularıdır", - Əliyev deyib və ABŞ prezidentini "imperializmin başçısı" adlandırıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Bakıda yerləşir və ona şeyx Allahşükür Paşazadə rəhbərlik edir. Əgər Marneulidə mitinqdə səslənən bəyanatlar barədə məlumatlar təsdiqlənərsə, bu, rəsmi Bakı və Tbilisinin mövqeyinə ziddir.
Belə olan halda Gürcüstandakı çoxsaylı Azərbaycan diasporu Qərb ölkələrilə qarşıdurma kampaniyasına cəlb oluna bilər ki, bu da İran, Rusiya və radikal islam rejimlərinin maraqlarına uyğundur.
Hələlik Qafqaz Müsəlmanları İdarəsi Marneulidəki mitinqə və orada səslənən çağırışlara münasibət bildirməyib. 0
-
- Maliyyə
- 1 Noyabr 2023 13:20
-
- İqtisadiyyat
- 1 Noyabr 2023 13:33
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib.
-
Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
Rəy yaz