Photo TURAN.
Luis Bono: “Sülhün olmasını ermənilərlə azərbaycanlılar özləri istəməlidirlər”
Bakı/06.03.23/Turan: “Bir neçə həftə öncə dövlət katibi Blinkeni Münhenə səfərdə müşayiət etdim, orada onun prezident Əliyev və baş nazir Paşinyan ilə görüşləri oldu. Görüş konstruktiv idi və bu fikri görüşün bütün iştirakçıları bölüşürlər. Bundan sonra dövlət katibi məndən xahiş etdi ki, sülh prosesini davam etdirmək üçün mümkün qədər tez zamanda regiona səfər edim. Buna görə də indi buradayam".
ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono Bakıda öz brifinqinə bu sözlərlə başlayıb.
“Əgər Bakı və Yerevan nümayəndələrinin görüşlərindən və razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər?” sualının cavabında Bono deyib ki, ABŞ-ın barışdırıcı yox, vasitəçi rolunda çıxış edir.
"Sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməlidir, bu, ABŞ-dan və ya başqa kimdənsə yox, tərəflərin özlərindən gəlməlidir. Bizim vəzifəmiz tərəfləri bir-birilə danışmağa sövq etmək, təkliflər vermək və onlarla mübadilə etməkdir", - Bono deyib.
O, “Azərbaycan və Ermənistan nümayəndələrinin Brüssel görüşü nə vaxt ola bilər?” sualına cavab verməkdə çətinlik çəkib və bu sualı Avropa İttifaqının nümayəndələrinə ünvanlamağı təklif edib.
Sirr deyil ki, bu gün regionda əsas rolu Rusiya oynayır, Azərbaycan isə Minsk Qrupunun “öldüyünü” bəyan edib. Belə olan halda ABŞ vəziyyəti dəyişdirmək üçün nə edə bilər, planı varmı?
Turan agentliyinin bu sualının cavabında Bono deyib: “Mən prezident Əliyevin Minsk Qrupu haqqında fikrini bilirəm. Mənim fikrim ondan ibarətdir ki, tərəfləri masa arxasında oturtmaq lazımdır, vacib deyil Minsk Qrupu çərçivəsində, yaxud başqa yerdə. Təəssüf ki, hazırda Minsk Qrupunun üzvlərindən biri onun işində iştirak etmir. Mən bu məsələləri bu gün Bakıda müzakirə edirəm, sabah isə Yerevanda müzakirə edəcəyəm".
Laçın dəhlizi haqda sualın cavabında Bono dövlət katibi Blinkenin Münhendə dediyi sözləri xatırladıb. Blinken deyib ki, yol əhalinin hərəkəti üçün açıq olmalıdır.
"Biz etiraf edirik ki, təhlükəsizlik məsələsi var, lakin zəruri malların və mülki yüklərin hərəkət etməsi və Qarabağ əhalisi üçün əlçatan olması vacibdir", - Bono deyib.
"Bizim məqsədimiz və vəzifəmiz azərbaycanlıların və ermənilərin əziyyətlərinə son qoymaqdır ki, bu xalqlar dinc yanaşı yaşaya bilsinlər", - o, fikrini yekunlaşdırıb. 02B
-
- Cəmiyyət
- 6 Mart 2023 15:03
Siyasət
-
Azərbaycan, Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra təbii qaz bazarında artan çətinliklər fonunda Avropa üçün əsas enerji tərəfdaşı kimi öz mövqeyini gücləndirir. On il davam edən tranzit marşrutunun sonunu göstərən bu kəsinti, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabəti artıracağı və alternativ enerji mənbələrinin qiymətlərini yüksəldəcəyi gözlənilir.
-
Həbsdə olan bloger Rəşad Ramazanov 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ağır olmasından danışıb. Bu barədə Turan agentliyinə koloniyadan zəng edərək özü məlumat verib.
-
ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Uilson Tehran rejiminin nümayəndələrinin Azərbaycan və Türkiyəyə qarşı təhdidlərini pisləyib.
-
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.
Rəy yaz