![Küləkli hava şəraiti davam edəcək](https://turan.az/resized/media/2019/main/100700022133-750-500-resize.webp)
Küləkli hava şəraiti davam edəcək
Bakı/07.10.19/Turan: Bazar ertəsi Bakıda və Abşeronda küləyin sürəti saniyədə 33 metrə çatıb. Ölkə rayonlarında küləyin sürəti 19-25 metr arasında olub, bazar ertəsi axşam Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib. Dənizdə dalğanın hündürlüyü 4,6 metr olub.
Oktyabrın 8-də Bakıda və Abşeronda tutqun, küləkli hava şəraiti davam edəcək. Yağıntı gözlənilmir, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gündüz +20+23 dərəcə, gecə +15+17 dərəcə olacaq.
Ölkə rayonları üzrə şərq bölgəsində yağıntı olacaq, səhər duman gözlənilir. Güclü qərb küləyi əsəcək.
Mərkəzi aran rayonlarında gündüz havanın temperaturu +23+28, dağlarda +13+18 dərəcə olacaq. -02D-
-
- Cəmiyyət
- 7 Oktyabr 2019 17:09
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz