Məhkəmə 500 kq-dan çox narkotik daşıyan sürücüyə bəraət verib
Bakı/10.10.19/Turan: Oktyabrın 10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsi İrandan 500 kq 635 qram heroin gətirməkdə ittiham olunan vətəndaş Nəsrulla Abbasova bəraət verib.
İttiham materiallarına əsasən, Abbasov böyük narkotik partiyasının daşınması məqsədilə cinayət sövdələşməsinə girib.
Vəkil Anar Qasımlının sözlərinə görə, məhkəmə Abbasovun cinayət əməlini sübuta yetirməyib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, böyük heroin partiyasının nəqlinin qarşısının alınması faktı 2018-ci il mayın 24-də Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanıb. Həmin məlumatda odadavamlı briketlərdə 1 kq-lıq qablaşdırmalarda 515 kq heroin aşkar edildiyi bildirilirdi.
Narkotik İrandan Azərbaycana gələn yük maşınında daşınırdı. Narkotiki xüsusi təlim keçmiş it aşkar edib. İçərisində heroin olan briketlər qablaşdırılaraq, 4 altlığa yığılmışdı. -21B-
-
- Dünyada
- 10 Oktyabr 2019 17:30
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz