Fərman Ceyranlı
Vəkilləri yuxarı məhkəmədən Fərman Ceyranlıya bəraət istəyir
Bakı/23.02.18/Turan: Tbilisi Şəhər Məhkəməsinin 6 illiyə azadlıqdan məhrum etdiyi azərbaycanlı xərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkilləri yuxarı məhkəmədən ona azadlıq tələb ediblər. Vəkilləri cərrah barədə hökmdən Gürcüstan Apellyasiya Məhkəməsinə şikayət ediblər.
Bu haqda cərrahın qızı Lalə Hüseynli məlumat verib.
Onun bildirdiyinə görə, vəkilləri və yaxınları F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər.
Apellyasiya şikayətində vurğulanır ki, məhkəmə işə baxarkən qanunları düzgün tətbiq etməyib. Ardınca isə hökm maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılıb.
Yuxarı məhkəmədən F.Ceyranlı barəsində hökmün ləğv olunması, cərraha bəraət verilməsi istənilib.
Şikayətə nə vaxt baxılacağı hələlik bəlli deyil.
Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub. O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lancet" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.
F.Ceyranlı Gürcüstan Cinayət Məclləsinin 180 və 247-ci maddələri ilə (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Tbilisi Şəhər Məhkəməsi fervalın 8-də azərbaycanlı həkimə 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan yalnız dələduzluq ittihamı təsdiqini tapıb.-0-
-
- Söz istəyirəm
- 23 Fevral 2018 18:13
-
- Cəmiyyət
- 23 Fevral 2018 18:16
Cəmiyyət
-
Dövlət qurumlarının müraciətləri əsasında Tarif (Qiymət) Şurası son iclasında bir sıra sahələrdə qiymət artımına qərar verib. Yanvarın 2-də açıqlanan bəyanata əsasən, ilk dəfə olaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib. İndiyə qədər bu xidmətlər dövlət tənzimlənməsi olmadan, müxtəlif məbləğlərlə həyata keçirilirdi. Təsdiq edilmiş tariflər:
-
Azərbaycan 2025-ci ili qədim ənənələrin və müasir bayramların rəngarəng qarışığı ilə qarşıladı. Bu tədbirlər xalqın zəngin mədəni irsini və gələcəyə yönəlmiş arzularını əks etdirdi. Geniş ailə süfrələrindən parlaq ictimai tədbirlərə qədər qeyd etmələr keçmişlə indinin unikal sintezini nümayiş etdirdi.
-
2025-ci ilə qədəm qoyduqca, dünya müxtəlif sahələrdə əhəmiyyətli inkişaflarla qlobal mənzərəmizi yenidən formalaşdırmağa hazır olan həlledici bir mərhələdə dayanır.
-
Avstraliyalı demoqraf və sosioloq Mark Makkrindl “Beta Nəsli”nin yaranmasını təsvir edib — o, bu demoqrafik qrupu 2025-2039-cu illər arasında doğulan insanlar kimi müəyyənləşdirərək, qlobal nəsil kimliyində yeni bir fəsil açıldığını vurğulayıb.
Rəy yaz