S.Cəlaloğlu: Bu rəqəmlər dünyaya mesajdır
Bakı/12.04.18/Turan: "Bu səsvermədə bir faktiki, bir də formal tərəf var". Demokrat partiyasının sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu aprelin 11-də Azərbaycanda prezident seçkilərilə bağlı keçirilmiş səsvermənin nəticələrini belə dəyərləndirib.
S.Cəlaloğluna görə, səsvermənin faktiki tərəfi budur ki, İlham Əliyev qalib gəlib: "Onun qalib gəlməsi, faktdır, mən bunu mübahisələndirmək fikrində deyiləm", deyə ADP sədri məsələnin faktiki tərəfinə münasibət ifadə edib.
Haqqında bəhs edilən məsələnin formal tərəfinə münasibət ifadə edən S.Cəlaloğlu iddia edir ki, buradakı rəqəmlər konyuktur mahiyyət daşıyır, nəticə olmaqdan daha çox dünüyaya siyasi mesaj anlamındadır: "Prezidenliyə namizədlər hərəsi bir ideya bucağından çıxış edirdilər. Kimi Avrasiya yönlü, kimi Qərb yönlü mövqe sərgiləyirdi. Məsəl üçün mən türk konfederasiyası və Qərbçiliyi dəstəkləyən ideyadan çıxış etdim. Odur ki, mənə yazılan səsvermə sayı təkcə mənə səsverən seçisi sayı yox, həm də tərəfdarı olduğum ideyanın ölkədə nə qədər tərəfdarı olması barədə dünyaya mesajdır".
Öz topladığı səslərin həcminə gəlincə, ADP sədri elə hesab edir ki, bu gerçəyi əks etdirmir və İ.Əliyev istisna olmaqla, qalan 6 namizədin yığdığı qədər səs yığıb.
Onun sözlərinə görə, az səs yığmasının daha bir neçə səbəbi də var: "Bunun səbəblərindən biri həm hakimiyyətin, həm də müxalif qüvvələrin mənə qarşı təbliğat aparmasıdır. Daha bir səbəb narazı elektoratın seçkilərə tam şəkildə qatılmamasıdır. Digər bir səbəb isə mənə səs verəcək elektoratın səsvermədə dağınıq şəkildə iştirak etməsidir".
Xatırladaq ki, aprelin 11-də Azərbaycanda prezident seçkilərinə səsvermə keçirilib. M.Pənahovun bildirdiyinə görə, sayılan bülletenlərə əsasən, İlham Əliyev 86 faiz səs qazanıb.
Daha sonra Zahid Orucun 3.11 , Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib. -0-
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz