AXCP: "Əli Kərimli beşinci gündür blokada şəraitindədir"
Bakı/18.04.20/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin artıq 5 gündür mobil və ev telefonun, həmçinin internetin kəsildiyi bildirilir.
AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, partiya sədrinə informasiya blokadası tədbiq olunub. "Bu blokadaya görə Əli bəy və ailə üzvləri hətta evdən çıxıb çörək, lazım olan dərmanı ala bilmir. Çünki mobil xətti kəsilib və 8103-ə mesaj yazmaq olmur. Evinə gəlib yardım etmək istəyən partiya üzvlərini isə həbs edirlər".
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Turana bildirib ki, Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir. "Telefon stansiyasına, mobil operatoruna müraciət etsin. Hərdən məndə də olur ki, şəbəkə itir".
Həbs olunmuş AXCP üzvləri ilə bağlı, DİN-dən bildirilib ki, onların heç biri siyasi motivlərlə həbs olunmayıb. Həbs olunmuş şəxslər xüsusi karantin rejimini pozaraq inzibati məsuliyyətə cəlb olunublar.
Koronavirus pandemiyasına görə Azərbaycanda aprelin 5-dən tədbiq olunmuş xüsusi rejimin qaydalarına uyğun vətəndaşlar mobil telefonlarından 8103 qısa nömrəyə xüsusi indeksli mesajı yazaraq evdən çıxmaq olar. Xüsusi karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur. -06D-
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz