Bu ilin 9 ayında dövlət nəqliyyat sektorunda bütün sahələrə investisiya qoyub. Bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun ailəsi nəqliyyat əməliyyatlarında böyük paya malikdir.
İlin əvvəlindən nəqliyyat sektorunun inkişafına, o cümlədən avtomobil, dəmir yolu infrastrukturuna, yeni metrostansiyalarının tikintisinə, bərə və hava laynerləri almağa 1,7 mlrd investisiya qoyulub.
Bu il Xəzər Dəniz Gəmiçiliyi Xorvatiyada iki bərə alıb. “AZAL” QSC iki “Boeing-767” gətirib. Nazir Amerika şirkəti ilə yeni sazişdən danışıb, amma detalları açıqlamayıb.
Bu il ölkəyə 400 sərnişin avtobusu, 1078 taksi, o cümlədən 1000 ədəd “London taxi” gətirilib. Yevlaxda avtovağzal kompleksi istismara verilib. Gəncə, Daşkəsən və Horadizdə yeni avtovağzallar tikilir.
Çinin hökumət qrantı ilə 163 ədəd kommunal texnika alınıb.
Yol-nəqliyyat infrastrukturundan danışan nazir deyib ki, ilin əvvəlindən 362,8 km avtomobil yolu, o cümlədən 77,5 km respublika əhəmiyyətli yol təmir edilib. 11 körpü tikilib.
Nazir Bakıda yol infrastrukturunun inkişafından danışıb. İlin əvvəlindən burada 75 km yol təmir edilib, 5 piyada keçidi tikilib.
Yerli ekspertlər dövlət büdcəsindən maliyyələşən nəqliyyat layihələrində yüksək korrupsiya olduğunu bildirir. Nəqliyyat Nazirliyi konkret layihələrin maliyyələşməsi üçün vəsait həcmini açıqlamır. Müstəqil hesablamalara görə, Azərbaycan 1 km avtomobil yolunun tikintisi qiymətinə görə dünyada liderdir. Onun qiyməti təxminən 10 mln manatdır. Əgər 3-4 il əvvəl istismara verilən obyektlərin smeta dəyəri prezidentə məruzə edilir və rəsmi KİV-də açıqlanırdısa, indi bu informasiya verilmir. 08D
.
Rəy yaz