Cəmiyyətdə aqressiyanın artmasının səbəbi nədir? – Samirə Qasımlı saat 17:00-da Çətin sualda

Son vaxtlar aqressiyanın artmasının səbəbi olaraq şok effekti yaradan kriminal xəbərləri tez-tez eşidirik.

Bir neçə gün bundan öncə Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. Hadisə Binə qəsəbəsində qeydə alınıb.1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb.

Bu xəbərin ardınca Xalq artisti Ağadadaş Ağayevin balta ilə vətəndaşa xəsarət yetirdiyi barədə xəbərlər və görüntülər yayıldı.

Qadın qətlləri ilə bağlı demək olar ki, hər gün mediada xəbərlər yayılır. İyulun 23-də Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadın binadan atılıb. Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması müəyyənləşib.

İyulun 20-də Qaradağ rayonu Ümid qəsəbəsində 57 yaşlı Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu — 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb.

Azərbaycanda son bir ayda 4 polis qətlə yetirilib.

Bütün bunlar nədən xəbər verir?

Siyasi psixoloq Samirə Qasımlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line