Rusiyanın Avropadakı hədəfləri arasında Azərbaycan da var? – Elxan Şahinoğlu saat 16:00-da Çətin sualda

Rusiya donanmasının NATO ilə potensial münaqişə vəziyyətində nüvə başlıqları daşıya bilən raketlərə qarşı təlimlər keçirdiyi bildirilir.

Bu barədə “Financial Times” yazıb.

Nəşrin jurnalistləri Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl zabitlər üçün hazırlanmış gizli təqdimatı araşdırıblar.

Nəşrin əldə etdiyi sənədlərdə həm adi, həm də nüvə başlıqları daşıya bilən raketlər üçün hədəflərin siyahısı da verilib.

Operativ istifadədən daha çox təqdimat üçün yaradılmış xəritələrdə Avropadakı Rusiya donanması üçün 32 hədəf göstərildiyi güman olunur.

“Baltik Donanması üçün hədəflər əsasən Norveç və Almaniyada verilib. Onların arasında Bergendəki (Norveç) dəniz bazası, radiolokasiya stansiyaları və xüsusi təyinatlıların obyektləri var. Şimal Donanması isə hərbi gəmilərin və sualtı qayıqların tikildiyi Britaniyanın Barrou-in-Furnessdəki gəmiqayırma zavodu da daxil olmaqla, müdafiə sənayesi obyektlərini vura bilər. Xəritələrdə Rusiyanın hazırkı müttəfiqləri – Çin, İran, Azərbaycan və Şimali Koreya ilə müharibə ssenariləri də əksini tapıb”, – deyə “Financial Times”yazır.

Rusiya rəsmiləri nəşrin yaydığı sənədlərlə bağlı hələ ki heç bir açıqlama verməyiblər.

Siyasi şərhçi Elxan Şahinoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line