Последнее обновление

(54 минуты назад)
Gürcüstandakı seçkilərin nəticələri regiona necə təsir edəcək? – Əhməd Əlili saat 17:00-da Çətin sualda

Gürcüstanın Prezidenti Salome Zurabişvili parlament seçkilərinin rəsmi nəticələrini tanımadığını bildirib. Bu barədə Gürcüstanın Prezidenti oktyabrın 27-də keçirdiyi mətbuat konfransında danışıb.

Salome Zurabişvili hesab edir ki, bu seçkilərin tanınması “Rusiyanın gəlişi və Gürcüstanın tabe olması” deməkdir. O, müxalifət tərəfdarlarını bazar ertəsi - oktyabrın 28-i axşam mitinqlərə çıxmağa çağırıb.

Qeyd olunur ki, Prezident bu bəyanatı əsas müxalifət partiyaları ilə məsləhətləşmələrdən sonra səsləndirib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, opponentlərin “Rusiyayönlü” adlandırdığı hakim “Gürcü Arzusu” 53,9 faiz səs toplayıb. Qərblə daha çox yaxınlaşmağı müdafiə edən dörd müxalifət partiyası da parlamentə daxil olub. Onların hamısı səsvermənin nəticələrini tanımadıqlarını və saxta hesab etdiklərini bildiriblər.

Ən populyar iki partiya - Dəyişiklik Koalisiyası və Vahid Milli Hərəkat mandatlarından imtina etdiklərini açıqlayıblar.

Siyasi analitik Əhməd Əlili Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей