Последнее обновление

(19 минут назад)
Qəzaya səbəb kənar müdaxilədir. Bəs günahkarlar niyə susur? – Arif Hacılı saat 12:00-da Çətin sualda

AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğradığına dair məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmaların ilkin nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Buna görə də Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən Bakıdan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə bildirib ki, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri kənar müdaxilənin olduğuna əsas verir.

Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей