Levon Ter-Petrosyanın komandası işğal edilmiş torpaqları Azərbaycana qaytarmağa çağırıb
Yerevan/01.08.18/Turan: "Erməni Milli Konqresi"nin üzvü Zoya Tadevosyan çərşənbə axşamı Yerevanda keçirilən brifinqdə Dağlıq Qarabağ ətrafında işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq zərurətini qeyd edib.
"Biz onları azad edilmiş adlandırırıq. Mahiyyətcə, yaxşı bilirsiniz ki, bu auditoriyada hamı bunun işğal edilmiş ərazilər olduğunu başa düşür", deyə o bildirib.
Jurnalistlərin bu torpaqların qaytarılmalı olub olmadığı haqqında sualına cavabında Zoya Tadevosyan deyib: "Heç biriniz məndən inciməyin, amma bunu mən həll etmirəm. Bu məsələ həmişə həmsədrlər tərəfindən qaldırılıb və ümumiyyətlə, danışıqlar masası arxasında müzakirə edilib. Söhbət ərazilərin qaytarılması hesabına nizamlanmadan gedirsə,əlbəttə ki, bu, doğrudur".
Daha sonra o əlavə edib ki, Ermənistan tərəfi bu əraziləri azad edilmiş hesab edir, amma beynəlxalq ictimaiyyət başqa fikirdədir, bu torpaqları ələ keçirilmiş və ya "işğal edilmiş" hesab edir.
Qarabağ əhalisinin fikrini doruçib-soruşmadığı haqqında suala cavabda Tadevosyan deyib: "Mən heç kimdən heç nə soruşmamışam, mən faktı deyirəm".
Öz növbəsində, Tadevosyanın bəyanatı Qarabağda kəskin reaksiyaya səbəb olub.
Belə ki, separatçıların liderinin köməkçisi David Babayan bu ifadəni "milli maraqların siyasi cəhətdən satılması və mənəvi tənəzzülün təzahürü" adlandırıb.
Qarabağ qüvvələrinin keçmiş komandir köməkçisi Artur Ağabekyan və separatçıların Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Arşavir Qaramyan da eyni məğzli çıxış edib.
Sonuncu Qarabağ əhalisini küçələrə çıxmağa və keçmiş DQMR ətrafındakı ərazilərin qaytarılması ideyasına etiraz etməyə çağırıb. -02D-
-
- İqtisadiyyat
- 1 Avqust 2018 15:47
-
- Siyasət
- 1 Avqust 2018 16:26
Siyasət
-
Azərbaycan, Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra təbii qaz bazarında artan çətinliklər fonunda Avropa üçün əsas enerji tərəfdaşı kimi öz mövqeyini gücləndirir. On il davam edən tranzit marşrutunun sonunu göstərən bu kəsinti, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabəti artıracağı və alternativ enerji mənbələrinin qiymətlərini yüksəldəcəyi gözlənilir.
-
Həbsdə olan bloger Rəşad Ramazanov 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin ağır olmasından danışıb. Bu barədə Turan agentliyinə koloniyadan zəng edərək özü məlumat verib.
-
ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Uilson Tehran rejiminin nümayəndələrinin Azərbaycan və Türkiyəyə qarşı təhdidlərini pisləyib.
-
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.
Rəy yaz