Azərbaycanlılar ümidini yox, nikbinliyini itirir
Azərbaycan iqtisadi ümid reytinqində 65 ölkə arasında 16% 12-ci yeri tutub. Bu, əhali arasında bədbinliyin artdığını göstərir – 2013-cü ilin əvvəlində ölkə daha nikbin idi və 56%-lə ikinci idi.
Maraqlıdır ki, azərbaycanlılar gələcəyə ümid məsələsində dəyişkəndir. Məsələn, 2011-ci ildə 2%, 2012-ci ildə 30% nikbin olub. Hərçənd vəziyyət daha pis ola bilərdi, amma hökumətin düşünməyi üçün əsas var.
Cənubi Qafqazın digər ölkələrində vəziyyət başqadır. Gürcüstanda nikbinlik səviyyəsi yüksəkdir. Bu ölkə bir pillə geriləyərək 2-ci yeri tutub. Birinci yer Ficinindir. Ermənistan mənfi zonadan çıxıb, nikbinliyi 7% artıraraq 17-ci yerə qalxıb.
Reytinq sakinlərin rəyləri əsasında hazırlanıb. Sorğunu Gellap Beynəlxalq Tədqiqat Mərkəzi (WIN-Gallup International Association) 2014-cü ilin əvvəlində «Qlobal ümid və naümidlik barometri» (Global Barometer on Hope and Despair) tədqiqatı çərçivəsində aparıb. Sorğu zamanı 65 ölkədən 70 min nəfərin rəyi alınıb. Sorğu iştirakçılarına gələn illə bağlı iqtisadi perspektiv və proqnozlar barədə sual verilib.
Hər bir ölkənin iqtisadi ümid səviyyəsi iqtisadi vəziyyətin yaxşılaşacağını düşünən nikbin və pisləşəcəyinə min olan bədbinlərin payı ilə müəyyən edilir.
Tədqiqat göstərib ki, dünyada iqtisadi nikbinlik azalır, Rusiya və ABŞ məyus olur. 2014-cü il üçün qlobal ümid indeksi 2% təşkil edir. Bu, 2013-cü ildəkindən 5% azdır. Əvvəlki illər olduğu kimi, daha nikbin ölkələr Asiya və Yaxın Şərqdədir. İnkişaf etmiş ölkələr isə məyusluğa düşür.
Dünyanın ümumi mənzərəsinə gəlincə, o, müxtəlif tərkiblidir. Son illərin dinamikasına baxanda qeyd etmək olar ki, iqtisadi bədbinlik Qərbi Avropadan gedir. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi çiçəklənmə ümidləri zəifləyir. Bu prosesləri müvazinət və harmoniyaya qayıdış saymaq olar.
Bütün Qərbdə və inkişaf etmiş ölkələrdə (Danimarka istisna) iqtisadi ümid indeksi mənfi zonadadır. Amma vəziyyət o qədər acınacaqlı deyil, çünki bir sıra ölkələrdə il ərzində nikbinlik artıb. Məsələn, İsveçrədə (-1%, bir il əvvəl -31%), Cənubi Koreyada (-3%, əvvəl -28%), Polşada (-6%, bir il əvvəl -45%), Finlandiyada (-16%, bir il əvvəl -35%), Almaniyada (-23%, bir il əvvəl -46%), İrlandiyada (-28%, bir il əvvəl -51%), Belçikada (-33%, bir il əvvəl -64%), İspaniyada (-40%, bir il əvvəl -59%) indeks artımı olub. Hətta bir çox illər autsayder olan Fransa və Portuqaliya öz göstəricilərini yaxşılaşdırır. Fransada son sorğu -53% nəticə verib. Bir il əvvəl o, -67%, 2012-ci ildə -80% idi. Portuqaliyada bədbin ovqat səngiyir: bir il əvvəlki -85%-ə qarşı -61%, deyə Humanitar Texnologiyalar Mərkəzi məlumat verir.
-
- Sual-cavab
- 30 Yanvar 2014 11:48
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz