"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!
İnnovasiya və sürət lideri "Bakcell" regionun ən böyük innovasiya sammiti olan “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır. Bu tərəfdaşlıq sayəsində "Bakcell" Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyaları və süni intellekt əsaslı həlləri təqdim edəcək.
"Bakcell"in baş icraçı direktoru Klaus Müller “INMerge” İnnovasiya Sammitində çıxış edəcək.
Sammitdə ölkənin və dünyanın aparıcı şirkətlərinin rəhbər və nümayəndələri, investorlar, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, təqdimatlar və müxtəlif seminarlar keçiriləcək.
Oktyabrın 10-11-i tarixlərində baş tutacaq “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. ®
-
- İqtisadiyyat
- 14 Oktyabr 2024 14:10
-
- Siyasət
- 14 Oktyabr 2024 14:12
Cəmiyyət
-
Tütün məmulatlarının, məişət tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilib. Hazırda məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə 50 manat təşkil edir. Dəyişikliyə əsasən, eyni əmələ görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 4000 manat cərimə ediləcək.
-
Oktyabrın 15-də axşam paytaxtda və Abşeronda az yağıntı gözlənilir. Şimal -şərq küləyi cənub -şərq küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 12 +16, gündüz müsbət 17 + 20 dərəcə olacaq. Rütubət gecə və gündüz 60-70 faiz olacaq.
-
Oktyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında 85 paket aşkarlayıb. Onların içərisində 330 000 manatlıq 111 mindən çox qutu müxtəlif növ siqaret olub, Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
-
Bazar ertəsi bütün gün yağış yağacaq, Milli Hidrometeorologiya xidmətinin sinoptikləri bildirirlər. Abşeronda yağıntı intensiv olacaq. Şimal-şərq küləyi əsəcək. Gündüz havanın temperaturu müsbət 18+21 dərəcə olacaq.
Rəy yaz