İranın İsrailə hücumu nələrə səbəb ola bilər? – Zərdüşt Əlizadə saat 16:00-da Çətin sualda

İran İsrailə raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələri oktyabrın 1-də ölkə sakinlərini "sayıq olmağa və komandanlığın göstərişlərinə ciddi əməl etməyə" çağırıb.

Bütün İsraildə hava hücumu xəbərdarlığı elan edilib. Ölkə üzərindəki hava məkanı bağlanıb. "Jerusalem Post" qəzetinin məlumatına görə, İsrailə ümumilikdə 500-ə yaxın raket atıldığı deyilir.

Oktyabrın 2-də səhərə qədər İsrail qətiyyətli addım atmayıb. Gecə ərzində hərbi-siyasi kabinet iclas keçirib. İlk dəfə iclas böhran idarəetmə mərkəzi adlanan bunkerdə keçirilib.

Kabinetin iclası üç saata yaxın davam edib. İştirakçılara İranın hücumu barədə ətraflı məlumat verilib. Bu zərbə öz miqyasına görə aprel zərbəsindən böyük olub.

İştirakçılar razılaşıblar ki, cavab "əhəmiyyətli" olmalıdır, lakin İsrail KİV bildirir ki,  cavab zərbəsi üçün konkret variantlar hazırlanmayıb.

Bundan əvvəl isə oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livan sərhədini keçərək, "Hizbullah"a qarşı "məhdud yerüstü əməliyyata" başlayıb.

"İsrail ordusu Cənubi Livanda "Hizbullah"ın terror obyektlərinə və infrastrukturuna qarşı əməliyyata başlayıb. Bu hədəflər sərhəd boyunca yaşayış məntəqələrində yerləşir", deyə İsrail ordusunun məlumatında bildirilirdi.

Belə görünür ki, “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətli münaqişə coğrafiyasını genişləndirir, regional gərginliyə çevrilir.

Siyasi şərhçi Zərdüşt Əlizadə Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line