Последнее обновление

(17 минут назад)
AŞPA və Azərbaycan arasında “arzuolunmaz şəxslər” davası... – Fuad Həsənov saat 16:00-da Çətin sualda

Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən şəxsləri “arzuolunmaz şəxslər” siyahısına salıb.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə almaniyalı deputat Frank Şvabeninin “Azadlıq” radiosuna müsahibəsində səsləndirdiyi fikirlərə reaksiya verərkən bildirib.

Frank Şvabe müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını və rəsmi Bakının AŞPA-nın Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına iradını bildirmişdi və Azərbaycandakı idarəetməni Sovet İttifaqına bənzətmişdi.

XİN rəsmisi Ayxan Hacızadə isə deyilənləri qərəzli sayıb.

AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib.

“Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir”, deyə o, X sosial şəbəkəsində yazıb.

AŞPA prezidenti Teodor Russopulos Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda persona non-qrata elan edilməsi ilə bağlı bəyanatına cavab verib.

“Bu, sadəcə olaraq, Azərbaycanın Avropa Şurasındakı hazırkı mövqeyini çətinləşdirən və təəssüf doğuran siqnaldır. Üzv dövlətlər özlərini demokratiya standartlarına riayət etmək öhdəliyini götürüblər. Odur ki, öz vicdanlarına uyğun olaraq səs verənləri qara siyahıya salmaq yalnız əks nəticəyə gətirib çıxara bilər. ”, - Russopulos X platformasındakı hesabında yazıb.

Hüquq müdafiəçisi Fuad Həsənov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей