Daxili dövlət borcu niyə artıb? – Elçin Rəşidov saat 16:00-da Çətin sualda

Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb.

2024-cü il iyulun 1-nə xarici dövlət borcu 5 milyard 361.3 milyon ABŞ dolları olub. O, ilin əvvəli ilə müqayisədə 1 milyard 99.9 milyon ABŞ dolları və ya 17 faiz azalıb.

Daxili dövlət borcu isə 16 milyard 571.9 milyon manat təşkil edib. Bu borc isə ilin əvvəli ilə müqayisədə 705.5 milyon manat artıb.

Daxili dövlət borcunun artması ötən il də müşahidə olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, daxili dövlət borcunun artmasının əsas səbəbi ölkədə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsidir: "Daxili dövlət borcunun 7 milyard 280.7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 291.2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür".

İqtisadçı Elçin Rəşidov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line