![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/092200051435-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
2022-ci ildə Azərbaycan Avropaya qaz nəqlini 40 faiz artıracaq
Bakı/22.09.22/Turan: Bu il Azərbaycan təbii qaz tədarükünü 40 faiz artıraraq, ixrac həcmini 11,5 milyard kubmetrə çatdıracaq, bu barədə ölkənin energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında çıxışında bildirib.
"Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir", deyə Şahbazov vurğulayıb.
Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib.
Energetika naziri enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib. Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir.
"İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda - 2027-ci ildə daxil olacaq".
Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və "yaşıl enerji" dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. 06B
-
- İqtisadiyyat
- 22 Sentyabr 2022 16:43
Siyasət
-
Milli Mətbuat Günü ərəfəsində Şuşada Qlobal Media Forumu keçirilib. Forum artan dezinformasiya şəraitində jurnalistlərin işinə həsr olunub. Forumun iştirakçıları - Azərbaycandan və digər ölkələrdən 200-ə yaxın jurnalist Şuşaya səfər edib, sessiyalarda iştirak edib və prezident İlham Əliyevin çıxışını dinləyib.
-
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib, onlardan 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bu barədə iyulun 22-də Mərkəzi Secki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
-
Azərbaycanlılar nə vaxtsa Ermənistanda yaşadıqları yerlərə, ermənilər isə Azərbaycana qayıda biləcəklərmi? İyulun 20-də Şuşada keçirilən Qlobal Media Forumu zamanı dövlət başçısı İlham Əliyev bu sualın cavabında deyib ki, “mən əminəm ki, həmin gün mütləq gələcək”.
-
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunda bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərindən və Azərbaycan-ABŞ münasibətləri ilə bağlı suallara cavab verib.
Rəy yaz