Siyasi mühacirin atası BQXK-ya müraciətindən sonra oğlu ilə görüşə bilib (YENİLƏNİB)
Bakı Apelyasiya Məhkməsi fevralın 28-də Elgiz Sadıqlının həbsdən azad olunması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə E.Sadlıqlının atası Əlövsət Sadıqlı bildirib.
* * *
2018 Fevral 28 (Çərşənbə) 18:29:11
Siyasi mühacirin atası BQXK-ya müraciətindən sonra oğlu ilə görüşə bilib
Bakı/28.02.18/Turan: Əlövsət Sadıqlı fevralın 23-də həbs olunmuş oğlu Elgiz ilə 4 gündən sonra görüşə bilib. Fevralın 27-də Binəqədi Müvəqqəti Saxlama Yerində qısamüddətli görüş olub.
Elgiz Sadıqlı Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının qardaşıdır. O, fevralın 23-də saxlanılıb. Növbəti gün doğmaları xəbər tutublar ki, o 30 sutka həbs olunub.
Ə.Sadıqlı bildirib ki, oğlu ilə görüşə bilmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edib, yalnız bundan 4 gün sonra Sabunçu Rayon Polis İdarəsində saxlanılan oğlu Binəqədi Müvəqqəti Saxlanma Yerinə göndərilib.
Məlum olub ki, E.Sadıqlı polisə müqavimət və üstündə narkotik maddə tapılması ilə bağlı 30 sutkalığa həbs edilib.
"Bu inzibati həbslə bağlı apellyasiya şikayəti vermişik. Fevralın 27-də Apellyasiya Məhkəməsi olmalı idi, amma Sabunçu Rayon Məhkəməsi inzibati həbslə bağlı qərarı vermədiyi üçün məhkəmə fevralın 28-nə təyin edilib", -Ə.Sadıqlı bildirib.
Onun sözlərinə görə, oğlunun vəziyyəti yaxşı deyil. Ə.Sadıqlı bunu da vurğulayıb ki, bəzi məqamlarla bağlı Apellyasiya Məhkəməsindən sonra açıqlama verməyi nəzərdə tutur.
Bundan öncə Ə.Sadıqlı özü də fevralın 18-də saxlanılmışdı və növbəti gün sərbəst buraxılmışdı. Polis ona oğlunun xaricdəki fəaliyyətilə bağlı irad tutub.
E.Sadıqlı bundan öncə qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq həbs edilib. Onun doğmaları bildiriblər ki, E.Sadıqlı qardaşı T.Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. T.Sadıqlı Azərbaycan hökumətini tez-tez tənqid edir.-06D--
Cəmiyyət
-
Dövlət qurumlarının müraciətləri əsasında Tarif (Qiymət) Şurası son iclasında bir sıra sahələrdə qiymət artımına qərar verib. Yanvarın 2-də açıqlanan bəyanata əsasən, ilk dəfə olaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma üçün tariflər təsdiqlənib. İndiyə qədər bu xidmətlər dövlət tənzimlənməsi olmadan, müxtəlif məbləğlərlə həyata keçirilirdi. Təsdiq edilmiş tariflər:
-
Azərbaycan 2025-ci ili qədim ənənələrin və müasir bayramların rəngarəng qarışığı ilə qarşıladı. Bu tədbirlər xalqın zəngin mədəni irsini və gələcəyə yönəlmiş arzularını əks etdirdi. Geniş ailə süfrələrindən parlaq ictimai tədbirlərə qədər qeyd etmələr keçmişlə indinin unikal sintezini nümayiş etdirdi.
-
2025-ci ilə qədəm qoyduqca, dünya müxtəlif sahələrdə əhəmiyyətli inkişaflarla qlobal mənzərəmizi yenidən formalaşdırmağa hazır olan həlledici bir mərhələdə dayanır.
-
Avstraliyalı demoqraf və sosioloq Mark Makkrindl “Beta Nəsli”nin yaranmasını təsvir edib — o, bu demoqrafik qrupu 2025-2039-cu illər arasında doğulan insanlar kimi müəyyənləşdirərək, qlobal nəsil kimliyində yeni bir fəsil açıldığını vurğulayıb.
Rəy yaz