Erdogan supported Putin's proposal for a truce in Libya. newsland.com

Erdogan supported Putin's proposal for a truce in Libya. newsland.com

“Türk axını”nın yanvarın 8-dəki açılış mərasimində prezident Erdoğan niyə Suriya və Liviya yerinə İraqa dair mesajlar verdi? Xahiş (bəlkə də tələb) Vladimir Putindən gəlmişdi  yoxsa  bölgədəki baş gicəlləndirici proseslər  zənciri içində o anda İraq daha böyük önəmə sahib  idi? İkisi də mümkün idi.

Putin Ankaraya Dəməşqdən gəlmişdi,ölkənin  ümumi vəziyyətindən əlavə,Ankara  ilə Moskva arasında əsas anlaşmazlıq subyekti olan İdlibdəki vəziyyət barədə Vladimir Putin  Bəşər Əsəddən xüsusi brifinq almış,gözlənildiyi kimi,İstanbuldakı  təkbətək görüşlərin(bu,9 avqust 2016-cı ildəki Sankt-Peterburq görüşündən sonrakı ikinci haldır:Erdoğan və Putin eyni məsələ ətrafında bir gündə iki dəfə görüşürdülər) əsas mövzusunu da İdlib və Liviya təşkil etmişdi.

Qasım Süleymaninin qətlə yetirilməsindən sonra  İraqda Tehran ilə Washington arasında ortaya çıxan  daha ciddi gərginlik, təbii olaraq, Erdoğanı da Putini də narahat edirdi.İdlibin  radikal qüvvələrdən təmizlənməsi problemi nə yerdə qaldı? Bununla bağlı hər hansı fərqli məlumat mediaya sızdırılmadı,Liviya məsələsində isə xarici işlər naziri Mevkut Çavuşoğlunun “Orada atəşkəs olması üçün biz əlimizdən gələni etməyə hazırıq,Rusiyanın da bunu etməsini gözləyirik”- sözləri önə çıxdı və yanvarın 12-də gecə yarısı atəşkəs qüvvəyə mindi.Yəni,prezident Erdoğan “leqal” deyə xarakterizə etdiyi və gerçəkdən də BMT-nin tanıdığı,başda paytaxt Tripoli olmaqla, ölkə torpaqlarının 8%-nə nəzarət edən Fayiz əs-Sarrac qüvvələri ilə  ölkə torpaqlarının 76%-nə nəzarət edən  feldmarşal Xəlifə Haftar qüvvələri arasındakı atəş açmamağa dair razılıq əldə edildi.

Xatırladaq ki,bundan saatlar əvvəl Rusiya,Misir,Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi  hər baxımdan üstün olan tərəf  atəşkəsi  rədd etmiş, SSRİ-nin Frunze adına Təhlükəsizlik Akademiyasını 1967-cı ildə bitirən Haftar,hərbi diplomatiyanın gərəyini yerinə yetirərək, “Moskvanın xətrinə” atəşkəsə razılıq vermişdi.Yəni,bu manvevrlər  əslində Rusiyanın da mövqeyini gücləndirdi.Elə isə qüvvələr nisbəti bu qədər anormal dərəcədə Tripolinin əleyhinə ikən  Ankara nə üçün atəşkəsdə təkid etdi: atəşkəsin bircə dəfə ciddi şəkildə pozulmasının Tripolidəki hökumətin sonunu  da gətirəcəyini bilmirmi?

Siyasi mənzərə baxımından feldmarşal Haftarın vəziyyəti 1979-cu ilin əvvəlindəki İranda Xomeyninin durumuna bənzəyir:  cəmiyyətdəki və xüsusilə,ordudakı dayaqlarını böyük ölçüdə itirərək Tehranda  sıxışıb qalan Şah Rza Pəhləvi,özünün  son baş naziri Şahpur Bəxtiyarı Xomeyni ilə sülh danışıqlarına göndərmək istəyəndə belini əvvəlcə Qərbdən, sonra da Qərbin dəstəyi ilə içəridən bağlayan  ayətullah bu təklifi tərəddüdsüz rədd etmişdi.

Əslində Haftarın atəşkəsi  qəbulunun formal xarakter daşıdığını görmək üçün münəccim olmağa ehtiyac yoxdur.Yaxşı,bəs  Tripolini müdafiə edən Ankara(böyük ölçüdə Katarın maddi dəstəyi ilə) nəyə nail olmağa çalışır? Prezident Erdoğan Liviya üzərində ölkəsinin tarixi haqqı olmasıyla yanaşı,oraya neft üçün getdiklərini artıq gizləmir. İndiki halda hər  ikisinin romantik arzudan ibarət olduğu məlum olsa da reallaşması üçün Türkiyədə olan dəbə ayaq uyduraraq biz də dua edək.

Məsələyə Ankaranın hal- hazırkı praqmatik nöqteyi-nəzərindən baxanda isə İdlibdə olduğu kimi, Tripolidə də “din qardaşlığı”nın hərbi-strateji maraqların önünə keçdiyini görürük.Yəni,Ankara ən  loru dillə bunu deyir: İdlibdə bir küncə sıxışsa da  indiyə  qədər Vladimir Putinin razılığını alaraq oradakı islamcı hakimiyyətin davam etməsinə nail olmuşuq, eyni şeyi niyə Tripolidə etməyək? Orada da atəşkəs əldə edilər,Haftar 76%-ə nəzarət edər,Fayiz əs Sarac 8%-ə, biz də İdlib də olduğu kimi baxıb təsəlli taparıq ki,artıq ikinci nöqtədə bizim dəstəklədiyimiz “Müsəlman qardaşlar” iqtidarı var. Bu yolla “Müsəlman qardaşlar” iqtidarının ən güclü olub a hərbi çevrilişlə  devrildiyi yer olan qonşu Misirə də yanıq verərik.2017-ci li yanvarında başlayan “Astana prosesi”ndən üzü bəri  Türkiyənin bölgədə izlədiyi və İdlibi mühafizə edən xarici-hərbi siyasətin ikinci konkret örnəyi Tripolidir.

Yaxşı,Ankaranın istəyi və Rusiyanın icazəsiylə  hal-hazırda iki  ölkədə yaradılan bu “adacıqlar”  Türkiyənin nəyinə lazımdır, onları nə vaxta qədər ayaq üstündə saxlamaq mümkün olacaq,bunun əvəzində, məsələn,Rusiyaya bundan sonra hansı güzəştlər ediləcək?Bu “adacıqlar”ın  aradan qaldırılması halında Türkyə nələrisə itirməyin peşmançılığını çəkəcəkmi? Yoxsa tarixin bir kəsimində radikal dini qruplara verilən dəstək bu günkü iqtidarın   ən böyük təsəllisi olacaq?

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti