Parlament seçkilərinə kim necə rəy verdi?  – Nəsimi Məmmədli saat 16:00-da Çətin sualda

Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması ilə keçirilib. Bu barədə ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında deyilir.

Seçki Müşahidə Alyansı da seçkilərin demokratik keçirilmədiyini qeyd edib. Seçki Müşahidə Alyansı hesab edir ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ciddi pozuntularla müşahidə edildiyindən prosesin demokratik legitimliyinə ciddi zərbə vurub.

Demokratik Qüvvələrin Milli Şurası  sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Müsavat Partiyası azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin olmadığını qeyd edib.

Siyasi şərhçi Nəsimi Məmmədli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.

 

Leave a review

Difficult question

Follow us on social networks

News Line